Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hacı Şahinə “cümə namazını bazar günü qılın” deyən rəis kimdir?

Sosial şəbəkələrdə yayılmış bir məlumat izləyicilər tərəfindən maraqla qarşılanıb.

İldırım sürəti ilə yayılan xəbərdə bildirilib ki, Yasamal rayonun polis rəisi Hacı Şahinə bildirib ki, cümə namazı zamanı avtomobillər məscidin qarşısında sıxlıq yaradır. “Zəhmət olmasa, cümə namazını bazar gününə keçirin”. Bu məlumat həm təbəssüm , həm dı qınaq yaradıb. Hadisənin gerçəkdən baş verib-verməməsi maraq doğurub.

Hacı Şahin Bizimyol.info-ya verdiyi açıqlamada deyib ki, bunu yayan şəxslər yəqin ki, zarafat ediblər: “Bizə elə bir müraciət olmayıb. Bzim məscid Yasamalda yox, Nəsimi rayonunda yerləşir. Polislər də hər zaman asayişi qorumada kömək ediblər və heç bir problem yaratmayıblar. Yəqin cümə namazının bazar günü qılınmayacağını hər kəs yaxşı bilir”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »