Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“NYU-YORKDA YAĞMURLU GÜN" filminin təqdimatı keçirildi
Dünən “PARK CİNEMA FLAME TOWERS”də “VOLGA AZƏRBAYCAN” və “PARK CİNEMA”nın təşkilatçılığı ilə Vudi Alenin romantik komediyası olan, “NYU-YORKDA YAĞMURLU GÜN” filminin media üçün nümayişi baş tutub.

Bizimyol.info xəbər verir ki, təqdimat gecəsinə tanınmış media nümayəndələri dəvət alıb.

Filmin ssenari müəllifi və rejissoru Vudi Allenindir. 92 dəqiqə davam edən filmdə əsas rolları Timoti Şalame (Qetsbi), El Fanninq(Eşli), Selena Qomes (Çen), Cud Lou (Ted Davidoff), Diyeqo Luna (Fransisko Veqa), Liv Şrayber (Rolland Pollard) kimi tanınan aktyor və aktrisalar oynayıb. Komediya səhnələri ilə bol olan film əsasən 16 yaşdan yuxarı olan izləyicilər üçün nəzərdə tutulub.

Vudi Allenin “NYU YORKDA YAĞMURLU GÜN” romantik komediyasının süjeti, bir birinə aşiq olan iki tələbə - Qetsbi və Eşli haqqında danışır.

Onların Nyu-Yorkda mükəmməl həftə sonu keçirtmək üçün planları, günəşin əvəzinə leysan yağış gəldiyi kimi sürətlə və gözlənilmədən dağılır. Cütlüyün yolları ayrılır – qəhramanların hər biri tək öhdəsindən gəlməli olacaq bir sıra qeyri-adi görüşlər və gözlənilməz hadisələr gözləyir. Eşli, tələbə qəzetindən Manhettenin məşhur rejissoru olan, Roland Pollard ilə görüşmək tapşırığı alır. Qetsbi, doğma şəhərindəki ən sevimli yerləri, Arizonada böyüyən bir qıza göstərmək fürsətindən istifadə edir. Pollard Eşlini yeni filminin çəkiliş meydançasına dəvət edərkən, Qetsbinin hazırladığı plan həmən an arxa plana keçir. Əvvəlcə Pollard onu ssenarist Ted Davidoff daha sonra ekran ulduzu Fransisko Veqa ilə tanış edir. Özü özünə həvalə olunmuş Qetsbi nəticədə gününü, keçmiş sevgilisinin cəsarətli kiçik bacısı, Çen ilə keçirir. Qetsbi, anası ilə taleyüklü söhbətin baş verəcəyi, varlı qohumlarının ziyafətində iştirak etmək məcburiyyətində qalır. Nyu Yorkda , yağmurlu olsa da inanılmaz bir gün ərzində, Eşli özünü düşündüyü adam olmadığını başa düşəcək və Qetsbi bir həyat yaşayırsa, doğru insanla birlikdə yaşamalı olduğunu başa düşür.

Filmin nümayişi tamaşaçılar tərəfindən alqışlarla və maraqla qarşılanıb.

Gülnarə ƏMİRQIZI

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »