Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkəçarənin dəhşətli nəticəsi: Qadın süd vəzilərinə banka qoydu - Foto

Azərbaycanda bu vaxta qədər görülməyən türkəçarə metodu bu dəfə radioloq-mammoloq Günel Qəmbərovanın tibbi praktikasında rast gəlinib.

Bizimyol.info medicina.az-a istinadən xəbər verir ki, süd vəzisindən irinli qanlı ifrazat gəldiyini görən pasiyent, nəhayət ki, mammoloq yanına gəlir.

Həkim müayinə zamanı gördüyü mənzərədən dəhşətə gəlir.

"XXI əsrdir amma yenə də belə nadir hallarla üz-üzə gəlirik. Qadın süd vəzisindəki ağrıları götürmək üçün sinəsinə banka qoyub. Nəticə süd vəzidən qanlı ifrazat gəlməyə başlayıb. Heç süd vəzilərinə banka qoymaq olarmı? Sabah görsək ki, biri banka qoyub, sonra çərtib qan çıxarıb, daha təəccüblənməyəcəm".

Xəstəyə dukloqrafiya - kontrastlı mammoqrafiya olunub, axarlara baxılıb.

Radioloji rəy olaraq süd vəzinin axarlarının deformasiyası, xaotik düzülüşü aşkarlanıb. Digər süd vəzisində axardaxili papilomalar görüldü.

Histoloji rəy olaraq axardaxili papiloma verildi.

Vəzilərə kortəbii, yanlış olaraq banka qoymaqla süd vəzidə təzyiqi qaldırmış, bir axar deformasiya olmuş, digər axarda isə əvvəlcə kiçik olan papilomalar böyümüşdür və axarlardan qanlı irinli ifrazat ilə yekunlaşıb.

Həkim süd vəzilərinə belə müdaxilələrin yolverilməz olduğunu və süd vəzilərdə patoloji dəyişikliklər yaradacağını və xəstənin vəziyyətini ağırlaşdaracağını bildirib.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »