Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı hökumətin ədalətsiz qrant siyasətini tənqid etdi

“Avropa Birliyi bu il Azərbaycanda büdcə kəsrinin maliyyələşdirilməsi üçün 15 mln. avro qrant ayırmışdı. İndi AB Lənkəran rayonunda aqrar-sənaye komplekslərinin inkişafına maliyyə dəstəyi üçün 13 mln. avro qrant ayırır. Bildiyim qədəri ilə Avropa Birliyi hüquq islahatları üçün də 1,5 mln. avro qrant ayırıb”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadı ekspert Natiq Cəfərli səsləndirib.

“Ərdogan demiş, "eyyyy hökumət və onların publik müdafiəçiləri", bəs deyirdiz qrant pisdir, ölkənin daxili işlərinə qarışmaqdır, nə oldu indi?! Ölkədə QHT qanunvericiliyi pis günə qoyun, sivil toplumu yarı-leqal vəziyyətə salın, nəfəsini kəsin, amma özünüz Qərbdən qrant alın - bunun adı nədir?!

Bir neçə dəfə demişəm, bir də deyim - müstəqillikdən üzü bəri məmləkətə Qərbdən 2 mlrd. dollara yaxın qrant gəlib və bunun 1,9 mlrd. dolları dövlət və hökumət qurumlarına, hökumətə institutsional dəstəyə, dövlət-hökumət qurumları ilə birgə lahiyələrə ayrılıb - amma hökumət müstəqil QHT-lərə "qrantyeyən" deyib damlayıb. Əslində büdcəyeyən də, qrantyeyən də qalstuklu müəllimlərin özüdür. O məşhur Soros var e, hökumətin publik müdafiəçilərinin söydükləri adamı deyirəm, onun fondu ən böyük qrantı (təqribən 15 mln. dollar) vaxtilə Təhsil Nazirliyinə ayırmışdı”.

Qeyd edək ki, bu günlərdə hüquq müdafiəçisi və QHT rəhbəri Novella Cəfəroğlu da hökumtin xarici qrantlara qadağa qoymasını tənqid edərək bunun nəticəsidə insanların yalançı siyasi məhbus adıyla xaricə qaçmasına səbəb verdiyini demişdi.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Generalın bacısı oğlu həbsdən buraxılıb
Son xəbərlər
Bütün xəbərlər »