Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Müdafiə Nazirliyi: 342 terrorçu öldürülüb

Türkiyə Müdafiə Nazirliyinin verdiyi bəyanata görə, Sülh çeşməsi” (Barış Pınarı) əməliyyatı çərçivəsində 3 gün ərzində keçirilən hava və yürüstü əməliyatlarda 342 terrorçu zərərsizləşdirilib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Hulusi Akar Fərat çayının şimalında həyata keçirilən əməliyyatların plana uyğun davam etdiyini qeyd edib .Ordu generallarının iştirakı ilə keçirilən toplantıda qeyd edilib ki, əməliyyat zonasında hər cür təhlükəsizlik tədbirləri alınıb. “Hədəfimiz Fərat çayının şimal hissəsidə PKK, PYD və İŞİD qüvvələrini tamamilə təmizləmək və burda barış koridoru yaratmaqdır.Bu addımdan sonra suriyalı qardaşlarımız rahatlıqla öz yurdlarına dönə biləcəklər.Türkiyə bu hərəkatı BMT-nin Beynəlxalq sazişinin 51-ci maddəsinə uyğun, öz təhlükəsizliyini təmin etmək üçün həyata keçirir. Biz İŞİD-lə göz-göz mübarizə aparan tək NATO ölkəsiyik. Qəhrəman türk əsgəri “Fərat qalxanı” əməliyyatı ilə 3 mindən çox İŞİD terrorçusunu məhv edib.Biz təkcə millətimizi deyil, bölgədə yaşayan ərəb, kürd, asuri, xristian, yezid, keldani kimi etnik qrupların da təhlükəsizliyini təmin etməyə çalışırıq. Başladığımız fəaliyyəti Allahın köməyi ilə alnımızın ağı ilə başa vuracağıq. Bu yolda şəhid olan qəhrəman türk əsgərlərinə Allahdan rəhmət diləyirik”- deyə Türkiyə müdafiə naziri bildirib.

Qeyd edək ki, oktyabrın 10-da Türkiyə vaxtı ilə təxminən saat 23.00 radələrində quru qoşunlarının hərəkəti başlanıb. Elə həmin saatlarda BMT ilk dəfə olaraq məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, bu əməliyyat zamanı dinc əhalinin təhlükəsizliyi, o cümlədən mülkiyyətin qorunmasına diqqət göstərilməlidir. Bənzər açıqlama Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq tərəfindən də verilib.

Gün ərzində Suriya ərazisində terrorçuların nəzarət etdikləri bölgələrdən Türkiyə tərəfinə bir neçə dəfə raket atılıb. Bu hal bir daha təsdiq edib ki, Türkiyə mövcud təhlükənin lazımi qədər dəyərləndirib.

Türkiyənin aparıcı siyasi partiyaları, o cümlədən ölkə ictimaiyyəti “Sülh çeşməsi” əməliyyatını dəstəkləyir. Məscidlərdə Türkiyə əsgərinin-mehmetçiyin şərəfli hərbi missiyasının uğurla başa çatması üçün dualar oxunub. Əhali sosial şəbəkədə prosesə geniş dəstək sərgiləyir.

Suriya ilə sərhəd ərazilərə yaxın bölgələrdə məktəblər bir neçə günlük tətilə buraxılıb, bəzi yaşayış məskənlərində komendant saatı elan olunub.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »