Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aybəniz Haşımova ilə BNA arasında söz davası - Foto

Bir neçə gün öncə Əməkdar artist Aybəniz Haşımova BNA-nın işçilərinin yazdığı cərimələrdən gileylənmiş, bunu biabırçılıq adlandırmışdı.Daha sonra həmin mesajı sildiyinə görə BNA tərəfidən tənqid olunana sevilən müğənni yenidən sosial şəbəkədə açıqlama verməli olub.

BNA-nın mətbuat katibi Mais Ağayev Aybəniz Haşımova haqqında belə deyib:

" Yəni bu gün mən restorana və ya başqa yerə gedirəmsə, mənim ora getməyimə görə ictimai nəqliyyatdan istifadə edənlər əziyyət çəkməməlidir.Əslində, sənət adamları adi insanlara nümunə olmalıdırlar. Yoxsa mənim avtomobilim cərimə olunub, durum BNA-nı tənqid edim, sonra səhvimi anlayıb o statusu silim, bu, nümunə deyil

Aybəniz xanım isə qaldırdığı sülh bayrağını endirib və daha sərt cavab verib:

“O gün BNA haqqında yazdığım statusun paylaşımından dərhal sonra Mayis Ağayev (Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri) zəng edib məsələ ilə maraqlandı. Orada yazılan rəylər Mayis bəyi narahat etdiyi və məsələ ilə maraqlanacaqlarına inandığım üçün statusumu pozdum. Sırf sizi öncədən də tanıdığım və sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün yazdığımı pozdum. İndi mənə göndərirlər videonu və baxıb görürəm ki, İctimai kanalda deyirsiniz, "Aybəniz xanım yazmış olduğu statusunu yanıldığına görə pozub.

Bir marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və sizdə dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ 20 manat edilən cərimə dərdi deyil. Əgər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa bunu insanlara bildirin. Onlar da bilsinlər ki, marketdən alış-veriş etmək üçün yalnız taksidən istifadə etməlidirlər.

O ki qaldı nümunə olmağa - siz deyəsən məni indiyənədək heç tanımamısınız... Ödəniş aparatı qoyulub bir neçə marketin qarşısına. İnsanlar orada pulu ödəyib, marketə daxil olurlar. Evə çatmamış isə artıq BNA-nın cəriməsi gəlir. Bunu necə başa düşək? Zəhmət olmasa bu yerlərə bir işarə qoyun, insanlar da bilsin ki, orada maşın saxlamaq olmaz".

Aybəniz

Paylaş »
››› Bakıda güclü yanğın başladı - Video
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
Son xəbərlər
Bütün xəbərlər »