Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük rüsumlarının ciddi səviyyədə azaldılması xəbərinə reaksiya

Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı bildirib ki, etibarlı mənbədən aldığım məlumata görə, hökumətdə gömrük rüsumlarının ciddi səviyyədə azaldılmasına hazırlıq gedir.

Bu hazırlığı yüksək qiymətləndirən mütəxəssis bildirib ki, idxal üçün hazırki gömrük rüsumları orta hesabla 40 faizə yaxındır ki, bu da digər ölkələrlə müqayisədə çox yüksəkdir. “Qonşu Gürcüstanla müqayisədə isə dəfələrlə yüksəkdir. Nəticədə ölkəyə idxal olunan mallar xeyli baha başa gəlir və bu da özünü qiymətlərin yüksəkliyində göstərir. Misal üçün Çindən idxal olunan 1 manatlıq mal gömrük rüsumları, vergi, kargo və s xərclərdən sonra idxalçıya azı 3 manata başa gəlirki, o da bunu topdan azı 4 manata, pərakəndə satıcı isə 5 manata satmağa məcburdur. Demək bir mal istehsal yerindəkinə nisbətən bizdə 5 dəfə baha olmuş olur. Rüsumların azalması ticarət həcminin artması ilə yanaşı həm də sahibkarlığın inkişafını, məhsul istehsalının artmasını, iqtisadi aktivliyin yüksəlməsini stimullaşdıracaq.

Natiq Axundov Natiq Axundov

Bu xəbərin nə dərəcədə doğru olub –olması barədə Bizimyol.info olaraq DGK Mətbuat Xidmətinin rəisi Natiq Axundovdan məlumat almaq istədik. Natiq Axundov bildirdi ki, bu barədə komitəyə məlumat daxil olmayıb. “Biz hökumətin qərarlarını yerinə yetirən icraedici orqanıq. Hələlik bizdə bu barədə informasiya yoxdur”.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, gömrük rüsumlarının ciddi səviyyədə azaldılması xəbəri daha çox şaiyəyə bənzəyir və reallığı əks etdirmir.

“Bu il dövlət başçısının həyata keçirdiyi ciddi islahatları, büdcədən maliyyələşən bir çox qurumların əməkdaşlarının maaşlarının artırılması barədə sərəncamlar mənə onu deməyə əsas verir ki, hökumət hələlik gömrük rüsumlarıın azaldılmasına dair addım atmayacaq. Bu sadə məsələ deyil və istənilən anda həyata keçirlə bilməz. Bir çox sahələrdə əmək haqqının artırılması insanların sosial rifahının artırılmasına yönəlmiş bir addım idi və buna uyğun olaraq da büdcə layihələndirilməsi aparılıb.Ona görə yaxın zamanlarda gömrük rüsumlarının azaldılacağını deməyə cəsarət etmirəm”.

Natiq Cəfərli Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, bu məslə dəfələrlə iqtisadçılar və müstəqil ekspertlər tərəfindən hökumətə təklif və layihə şəklində təqdim olunub.

“Ölkədə istehsalı olmayan və sosial qruplara yönəlmiş məhsullara gömrük rüsumu qoyulmaması ilə bağlı təklifi dəfələrlə qaldırmışıq. Əslində tətbiq edilməməlidir. Gömrüyün əsas məsələsi daxili bazarın qorunmasına xidmət edir, bunun üçün rüsum qoyulur. Məsələn dərman preparatlarına 15 faiz, uşaq yeməklərinə 15, fiziki məhdudiyyətli insanlar üçün avadanlığa belə rüsum qoyulur. Bu anlaşılan yanaşma deyil. Çünki, həm sosial qrupa aiddir, həm də daxildə istehsalı yoxdur.Daxildə istehsalı yoxdursa gömrüyün bu qədər böyük rüsumlar qoyması məntiqsizlikdir.Ona görə dəfələrlə mətbuat vasitəsi ilə bu barədə müraciət etmişik və belə qərar verilsə bu yaxşı addım olardı.Tütün məhsullarına, spirtli içkilərə vergi qoyulması anlaşılandır.Azərbaycan sosial dövlətdir və belə məsələləri nəzərə almalıdır. Uşaq yeməyi bizdə istehsal olunmur və yaxın gələcəkdə nəzərdə tutulmur. Rüsum 15 faiz qoyulursa bu avtomatik olaraq onun qiymətinin də 15 fazi yüksəlməsi deməkdir. Bəzi ölkələrdə uşaq geyimlərinə belə rüsum tutulmur.Gömrükdən büdcəyə ildə 2 milyard vəsait daxil olur bu da büdcənin 8 faizini təşkil edir. İndi ediləcək azalma təxminən 200 milyonluq azalma olsa bu büdcədə ciddi təsir yaratmayacaq, heç bir zərər vurmayacaq, amma vətəndaşların cibinə təsir göstərəcək, sosial rifaha xidmət edəcək”.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”
Son xəbərlər
Bütün xəbərlər »