Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhalinin siyahıya alınması yekunlaşıb, deputat siyahıya alınmayıb – Video

Oktyabrın 1-dən start verilən əhalinin siyahıyaalınması dünən yekunlaşıb.

Bizimyol.info xəbər verir ki, sosial mediada ictimai fəallar və tanınmışlar onlara siyahıyaalma vərəqəsinin təqdim olunmadığını deyiblər.

Milli Məclisin deputatı Vahid Əhmədov Bizimyol.info-ya bildirib ki, əhalinin siyahıyaalınması prosesində iştirak üçün ona da müraciət olunmayıb.

“Siyahıyaalma prosesi davam etdirilir. Bununla əlaqədar tədbirlər, reklam çarxları davam etdirilir. Siyahıyaalma üçün mənə də müraciət olunmayıb. Yəqin müraciət olunacaq”,-deyə V.Əhmədov bildirib.

Deputat deyib ki, əhalinin siyahıyaalma prosesi elə təşkil olunmalıdır ki, orada bütüh əhali iştirak edə bilsin: “Siyahıyaalma böyük bir işdir. Ola bilsin ki çatdıra bilmirlər”.

Deputat Fazil Mustafa da Bizimyol.info-ya bildirib ki, əhalinin siyahıyaalınması prosesinin narazılıq doğuran tərəfləri var: “Bu proses hansı metodla həyata keçirilməsi araşdırılmalıdır. Belə ki, xeyli insana müraciət olunmaması problemin olduğunu təsdiqləyir. Burada diqqətsizlik və məsuliyyətsizlik amili ola bilər. Ona görə də məsələ ciddi araşdırılmalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması cari il oktyabrın 1-10-da keçiriləcək. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət statistika Komitəsinə həvalə edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »