Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Google-un bilmədiyiniz çox faydalı funksiyaları barədə maraqlı məlumatlar
google (1)

Google axtarış motoru ilə arama vermiş insanların çoxu elə bilir ki, ondan yaxşı istifadə etməyi bacarır. Halbuki aparılan araşdırmalardan məlum olub ki, internet istifadəçiləriin 90 faizi Google-un bir çox faydalı funksiylarından xəbərsizdirlər. Halbuki onun yardımı ilə dünyanı ovcunuzun içinə ala bilərsiniz.

Bizimyol.info bəzi maraqlı funksiyaları təqdim edir.

Google Keep əlavəsinə siz telefonunuzda olduğu kimi yaddaş və qeydlər edə bilərsiniz.

2. Google-da Taymer funksiyası da var. Lazımi zamanı qeyd edib, taymeri seçmək lazımdır. Vaxt çatan kimi səs siqnalı xəbərdarlıq edir.

Google.com/sky kainatın uzaq sərhədləri barədə məlumat verir. Siz bu əlavə ilə NASA peyklərinin və Habbl teleskopunun çəkdikləri şəkillərlə araşdırmalar apara bilərsiniz.

Google Books nGram Viewer - bu əlavə 1500-cü ildən 2008-ci ilə qədər olan 5,2 milyon adda kitabı axtara bilərsiniz. Eyni zamanda bu müddət ərzində sözlərin dilimizdə necə dəyişdiyini və hansı mənalarda işləndiyini öyrənmək olar.

Böyük rəqəmlər sizi qorxudur. Google sizə hətta 12 rəqəmli böyük ədədlərin ingilis dilində necə səsləndiyini deyə bilər.

Google Translate əlavəsinin funksiyası simvol və heroqlifləri əllə çəkməyə imkan verir.

С Google Scholar nüfuzlu jurnal və qəzetlər barədə asanlıqla məlumat tapmağa kömək edir.

Google Art Project sizə yüksək keyfiyyətli fotoşəkillər və rəssamlıq işləri ilə tanışlıq imkanı yaradır.

Think with Google marketiqn üzrə mütəxəssislər üçündür və rəqəmsal şparqalka hesab oluna bilər.

Google Trends əlavəsi sizə dünyadakı insanların gün içində ən çox nəyə maraq göstərməsi barədə məlumat verir. Ən çox axtarılan məlumatın nə olması barədə də bu əlavə vasitəsilə xəbər tuta bilərsiz.

Google Express istədiyiniz qida, ərzaq, elektronika məhsulunun və bir çox əşyanın evinizə çatdırılmasını təmin edən proqramdır. Hazırda ABŞ əhalisinin 90 faizi bu xidmətdən yararlanır.

The Google Sound Search dinlədiyiniz musiqinin adını tapmağa yardım edən funksiyadır. O həmçinin sizə istədiyiniz musiqini Google Play Store-dən köçürmək imkanı verir.

Google həmçinin dünyadakı bütün heyvan və quşların səsindən ibarət kataloqu da təqdim edir. Axtarışa heyvan səsləri və ya konkret hansısa bir heyvanın səsini verib video bölümünə girmək kifaytədir.

Gboard iPhone üçün əlavədir və klaviaturadan axtarış vermeye imkan verir

Google One Today müxtəlif xeyriyyə fondları barədə məlumat təqdim edir.

İlhamə

Bizimyol.info

Paylaş »
››› Vəzifədən çıxarılan nazirlər indi nə işlə məşğuldur?
››› Ən çox hansı bürcdən olanlar yaşayır...
››› Deputat kürkünü geyinib küçəni süpürdü, tənqid edildi
››› Prokuror: "Almaniyada saxlanılanları 10 ilə qədər həbs cəzası gözləyir"
››› Məktəb direktoru ilə müəllim arasında konflikt – Müəllimə şiddətli töhmət verilib
Son xəbərlər
Bütün xəbərlər »