Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın Azərbaycana 6,9 mln. dollara yaxın borcu yaranıb

Bu ilin 30 sentyabr tarixinə Gürcüstanın Azərbaycana olan dövlət borcu 6,874 mln. ABŞ dollar təşkil edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib. Qeyd olunub ki, son bir ayda Gürcüstanın Azərbaycana dövlət borcunun həcmi dəyişməyib.

Hesabat dövründə Gürcüstanın ümumi xarici borcu isə 31,892 mln. dollar azalaraq 5 355,7 mln. dollara enib. Bunun 5 151,2 mln. dollarını hökumətin xarici borcları təşkil edib. Cari ilin avqust ayının 31-də isə Gürcüstanın ümumi xarici borcu 5 387,6 mln. dollar təşkil edib.

Sentyabr ayının 30-da Gürcüstan Milli Bankının xarici borcu 204,5 mln. dollara bərabər olub.(apa)

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »