Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksi sürücüsü: “Zənci qayıtdı ki, ayə dərdin alem dava eləməyin”

Dünən işlə əlaqədar uzaq bir məsafəyə taksi ilə gedib gəlməli oldum. Yoldan qarşıma çıxan taksi məni mənzil başına 15 manata apardı, geri qayıdarkən eyni məsafəni Uber taksidən verdiyim sifariş əsasında 3 manat 60 qəpiyə qaytdım. Eləcə maraq mənə güc gəldi, sifarişlə çağırdığım taksinin sürücüsünü söhbətə tutdum. Dayıda yəqin bütün günü susubmuş. Həvəslə cavab verirdi.

- Başqa taksilərdən qat – qat ucuz aparısız , sizə belə sərf edir?

- Min bərəkət , sərf edir. Gecələr daha yaxşı olur,, gündüz bir az yox. Gündüz qazandığımı da tıxacda benzin yeyir.Ən az qazananda 20 manat olur. Gün olur 50, bəzən 100.Ailəni dolandırmağa yetir.

- Vergi, BNA incidir?

- Əvvəllər incidirdilər, son vaxtlar bir az rahatlamışıq, şükür.

- Bəs sifarişlə müştəri bol olur?

- Mən bir neçə şirkətlə işləyirəm. İndi çox sürücülər belə edir. 5-6 şirkətlə əməkdaşlıq edirik. Müştərini alıb gedirəm, mənzil başında telefonu açıram, mütləq müştəri çıxır.

- Rayonlara da bu qiymətlə işləyirsiniz?

- Bakıda hər kilometrə 35 qəpik alırıq. Rayonlara 20 qəpikdən hesablanır. Amma hamı rayona sürə bilmir. Bəzən maşın köhnə olur, yolda qoyur.Rayondan geri qayıdanda müştəri tapmaq çətin olur. Ona görə imtina edirik bəzən.

- Bəs imtina edəndə şirkətlə problem çıxır?

- Bakı daxilində müştərini görtürməyəndə 20 qəpik tutur bizdən şirkət. Məsələn müştəriyə gedirəm, yolda biri əl edib saxladır. Onu götürürəm. Çünki yoldan müştəri götürmək sərf edir, baha aparırıq. Onda da şirkət aparmadığım müştriyə görə 20 qəpik alır məndən. Belə- belə toplasan gün içində iki manata çatır.

- Müştərini aldatmaq söhbəti olur?

- Taxsify ( taksifay) xidmətində o mümkün olur. Məsələn müştəri sifariş verib “Koroğlu” metrosuna qədər, sürücü bunu dəyişib Mərdəkan edə bilir.O yolun pulunu alır. Müştərinin bundan xəbəri olmur. O yalnız yola verilən qiyməti görür. Amma başqa xidmətlərdə bu mümkün deyil.

- Həmkarlarınızla ən çox nə üstə söz-söhbət olur? Siz adətən bir- birinizi az görürsünüz...

- Ən çox xarici turistlərə görə. Ərəb müştəri pullu müştəridir. Onlardan həmişə artıq pul almaq olur. Bir dəfə məni çağırmışdılar. Məndən qabaqda da iki dənə “badımcan” taksi durmuşdu. Çağıran adam da zənciymiş. Mən özümü ona çatdırana qədər “badımcan” taksi özünü saldı qabağa. Aramızda müştəridən ötrü qırğın düşdü. Zənci bildiyimiz adam da bizə Azərbaycan dilində qayıdasan ki, “ayə, dərdin alem vuruşmayın kim ucuz aparırsa onunla gedəjəm”. Heç demə tər – təmiz bizimkilərdən imiş. Yetimi gün vurub qaraldıb, zənciyə döndərib. Kiminin günü qara olur, kiminin dərisi( gülür).

İlhamə

Bizimyol.info

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »