Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
60 yaşlı veteranımız doqquzuncu dəfə dünya çempionu oldu

Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatına start verilib.

Bizimyol.info xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Dünya çempionatında ölkəmizi təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Fərhad Rəcəbli finalda Almaniya təmsilçisi Andreas Bartşı məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

Qeyd edək ki, bu idmançımızın usta cüdoçular arasında qazandığı doqquzuncu dünya çempionluğudur. O, daha yeddi dəfə Avropanın ən güclüsü olub.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »