Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tehranda terror aktlarına görə 6 nəfər saxlanıldı
İran hakimiyyəti Tehranda terror aktlarının törədilməsi ilə əlaqədar daha 6 nəfərin saxlanıldığını açıqlayıb. APA-nın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bundan öncə “Tasnim” agentliyi İran kəşfiyyatının Tehranda terror aktlarını planlaşdırmış şəxsin öldürdüyü barədə məlumat yayıb.

Qeyd edək ki, iyunun 7-də 4 nəfər qadın paltarında İran parlamentinə, 1 nəfər isə Xomeyni mavzoleyinə hücum edib. 5 terrorçu məhv edilib, mavzoley yaxınlığında 2 terrorçu yaxalanıb. Terror aktları nəticəsində 17 nəfər ölüb, 43 nəfər yaralanıb

Son xəbərlər
Bütün xəbərlər »