Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxşılığın nəticəsi: 80 min dollar borc alan dost yoxa çıxdı

Rusiyada dostuna böyük yaxşılıq edən 31 yaşlı kişi bunun zərərini görüb. Dostu ondan 5 milyon rubl (təxminən 80 min dollar) borc alandan sonra yoxa çıxıb.

Bizimyol.info xəbər verir ki, borcverənin kömək etdiyi adam ipoteka kreditini ödəyə bilmirmiş. 31 yaşlı şirkət analitiki dostunun ağır vəziyyətinə biganə qala bilməyib. Keçən ilin mayında ona 5 milyon rubl verib. Həmin gündən sonra dostunu gördüm deyən olmayıb.

Problem həm də ondadır ki, analitik 80 min dollar borc verdiyini sübut edə bilmir. Çünki məsələ hüquqi müstəvidə təsdiqini tapmayıb. Yəni ortada konkret sənəd yoxdur. Maraqlıdır ki, borc alan adam da ortalıqda görünməməyə çalışır.

Son xəbərlər
Bütün xəbərlər »