Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyada divara "Ey Ərdoğan, bu İslam ümmətini xilas et" yazdılar

Dünən Türkiyə tərəfindən Suriyada terrorçulardan ibarət YPG/PKK qruplaşmalarına qarşı başladılan "Barış Pınarı" əməliyyatından bir gün keçməmiş, Suriya şəhərlərinin birindən Rəcəp Tayyip Ərdoğana ismarıc ünvanlanıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın Münbiç şəhərində divarların birində "1918-ci ildə bu yana türk qardaşlarımızı gözləyirik. PKK-nı buradan çıxarın! Ey Ərdoğan, İslam ümmətini xilas et!" yazıları əks olunub.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »