Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siqaret çəkən uşaqların valideynlərini cərimə etmək istəyirlər

Rusiyada qanunvericilikdə siqaretə qurşanan yeniyetmələrlə bağlı dəyişikliyə hazırlaşırlar. Siqaret çəkən uşaqların valideynlərini cərimə etmək istəyirlər.

Bizimyol.info xəbər verir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin saytında yazılıb. Bu dəyişiklik hüquqi qəyyumlara da aid ediləcək. Valideynlər 1500-2000 (təxminən 25-35 dollar) rubl cərimə olunacaq.

Əvvəlcə cəzanın daha sərt olacağı deyilirdi. Azı 5000 rubl cərimədən söhbət gedirdi. Üstəlik, mümkün 15 sutka həbs cəzası müzakirə olunurdu.

“İzvestiya” qəzetinin yazdığına görə, Rusiyada yeniyetmələrin 10 faizi siqaret çəkir. Mütəxəssislər hesab edir ki, valideynləri cərimə etməklə problem həllini tapmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »