Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda 38 il sonra qadınları stadiona buraxdılar, milli komanda 14 qol vurdu

Səudiyyə Ərəbistanı kimi İranda da qadınlara münasibətdə hakimiyyətin yumşalması hiss olunur. Qonşu ölkədə onları 38 ildən sonra stadiona buraxıblar.

Bizimyol.info xəbər verir ki, İranda uzun fasilədən sonra zərif cinsin nümayəndələrini futbol oyununda görmək mümkün olub. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən İran – Kamboca qarşılaşmasında tribunalarda 3500 qadın yer alıb. Qadınların stadiona gəlişi yerli milli komandanı cuşa gətirib. İran Kambocanı 14:0 hesabı ilə məğlub edib.

Meydan sahibləri ilk dəqiqələrdən təşəbbüsü ələ alıb. 21 dəqiqə ərzində rəqib qapısına 4 qol vurub. Birinci hissə 7:0 hesabı ilə başa çatıb. Kərim Ənsərifərd hamıdan çox fərqlənib. Hücumçu rəqibi üç dəfə məyus edib.

İran yer aldığı C qrupuna 6 xalla başçılıq edir. Qonşu ölkənin milli komandası ilk görüşdə səfərdə Honkonqu 2:0 hesabı ilə məğlub etmişdi. Qrupda İraq və Bəhreyn də mübarizə aparır.

Son xəbərlər
Bütün xəbərlər »