Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Zelenski “Bayden işi” ilə bağlı ABŞ-la əməkdaşlığa hazırdır
Vladimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Birləşmiş Ştatların sabiq vitse-prezidenti Cozef Baydenin oğlunun işi üzrə ABŞ-la birgə istintaq komitəsinin hələ qurulmadığını, lakin Kiyevin əməkdaşlığa hazır olduğunu bildirib.

V.Zelenski bu fikirləri jurnalistlər üçün keçirdiyi press-marafonda səsləndirib. Prezident mövzu ilə bağlı sualı cavablandırarkən belə deyib: “Baydenin işi ilə bağlı müştərək istintaq komitəsi hələ ki, yoxdur... Biz açığıq. Buyurun, qoy beynəlxalq istintaq komitəsi olsun, biz etiraz etmirik. Hazırda bu mövzunun davamı yoxdur”.

AzərTAc xatırladır ki, bir qədər əvvəl Ağ Ev iyulun 25-də ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan danışığın stenoqramını dərc edib. Stenoqram Donald Trampın həqiqətən də Vladimir Zelenskidən direktorlar heyətinə Baydenin oğlunun da daxil olduğu “Burisma Group” kompaniyasının, həmçinin Hanter Baydenin özünün fəaliyyətini araşdıran Ukraynanın sabiq Baş prokuroru Viktor Şokinin istefa şəraitinin tədqiqi barədə xahişi etdiyini təsdiqləyib.

Paylaş »
››› Nazirlik koronavirusla bağlı orta məktəblərə tapşırıq verdi
››› Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi
››› Bir ayda 23 nəfərin öldüyü deyilən xəstəxanada etiraz - Video
››› Cənubi Azərbaycanda tibb bacısı işdə koronavirusdan həyatını itirdi - Foto
››› Ərdoğan Bakıya yola düşərkən koronavirusdan danışdı: “Tərəddüd göstərməyə haqqımız yoxdur”
Son xəbərlər
Bütün xəbərlər »