Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa şəhərində 50 avroya mənzillər satılır

Estoniyanın şimal-şərqində yerləşən Koxtla-Yarve şəhərində 50 avroya ev almaq mümkündür. Məhz bu qiymətə 6 mənzil hərraca çıxarılıb.

Bizimyol.info xəbər verir ki, oktyabrın 25-də başl tutacaq hərracda 39 mənzil sahibini tapmalıdır. Bunlardan 6-nın start qiyməti 50 avro olacaq. Mənzillərin 5-i şaxtaçıların yaşadığı Sompa qəsəbəsində yerləşir. Daha 1 mənzil şəhərin Yarve hissəsindədir.

Koxtla-Yarvedə mütəmadi belə hərraclar keçirilir. İyunda da satışa 39 mənzil çıxarılmışdı. Onda hərrac mənzillərin 13-nün satılmasına kömək etmişdi.

Şəhər rəhbərliyi gileylənir ki, mənzillərə tələbat böyük deyil. Şəhər təsərrüfatı üzrə dövlət idarəsinin mütəxəssisi Yelena Şaronberq Koxtla-Yarvedə obyektlərin bir çoxunun ziyan üzündən bağlandığını bildirir. Şəhər yaxşı günlərini yaşamadığından, mənzillər də belə ucuz satışa çıxarılır.

Son xəbərlər
Bütün xəbərlər »