Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
77 ildir işıqsız, internetsiz və televizorsuz yaşayır: “Mən təkəm, amma tənha deyiləm”

Britaniyalı Marqaret Qallaherin evində radiodan, bir neçə rəngli fotodan, kitab rəfindən başqa heç nə yoxdur. O, 77 ildir işıqsız, internetsiz və televizorsuz yaşayır.

Bizimyol.info xəbər verir ki, Marqaret Şimali İrlandiyada yaşayış məntəqələrindən xeyli uzaqda tək həyat sürür. Onun yaşadığı evin cəmi üç otağı, 91 kvadratmetr sahəsi var. Bura heç vaxt su və işıq xətti çəkilməyib. Marqaret çayı açıq ocağın üstündə qızdırır. Evdə bircə qaz plitəsi gözə dəyir.

Britaniyalı hesab edir ki, əsas cansağlığıdır. Kitablarla günü xoş keçir. Güllərə qulluq etməkdən zövq alır. Bir vaxtlar valideynlərinin fermasında işləyib. Atası yatağa düşəndə ona 17 il qulluq edib. Bu evi isə onun əcdadları 19-cu əsrin sonlarında ABŞ-a köçən uzaq qohumdan alıblar.

Marqaretin mobil telefonu var. Amma bundan yalnız həkimə və keşişə zəng vurmaq üçün istifadə edir. Heç vaxt ərdə olmayıb. Amma istənilən halda özünü xoşbəxt hiss etdiyini deyir: “Mən təkəm, amma tənha deyiləm”.

Son xəbərlər
Bütün xəbərlər »