Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyahıya alınmada "milliyyətiniz nədir" sualına əhali nə cavab verdi? - Videosorğu

Məlum olduğu kimi, prezident İlham Əliyevin 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında fərmanına uyğun olaraq hazırda ölkədə əhalinin siyahıya alınması prosesi gedir.

Fərmanda bu tədbirin 2019-cu il 01-10 oktyabr tarixlərində keçiriləcəyi qeyd olunurdu və artıq bu gün yekunlaşması gözlənilir.

Artıq şəhərin müxtəlif ünvanlarında siyahıya alma işini həyata keçirən rəsmi nümayəndələr mənzillərə gələrək orada yaşayan əhalinin kimliyi, təhsili və sağlamlıq vəziyyəti, ailə vəziyyəti, mənzil şəraiti və sairlə bağlı məsələləri qeyd edir, məlumatlar toplayırlar. Siyahıya alınmada qoyulan suallardan biri də əhalinin milliyyəti ilə bağlı məlumatların əldə edilməsinə yönəlib.

Belə ki, hər birimizin şəxsiyyət vəsiqəsində milliyyətimiz birmənalı olaraq azərbaycanlı yazılsa da, siyahıya almada sərbəstlik verilir. Vətəndaşlar istərsə milliyyətini türk və ya azərbaycanlı yazdıra bilərlər. Həmçinin milli-etnik azlıqlar talış, tat, ləzgi və sair kimi cavablaya bilərlər.

Bəs, "milliyyətiniz nədir" sualına əhali ən çox nə cavab verib? Bu suala aydınlıq gətirmək üçün paytaxt Bakının mərkəzi küçələrində qarşımıza çıxan təsadüfi insanlara üz tutduq və "milliyyətiniz nədir" deyə soruşduq.

Respondentlərin cavablarının və böyük çoxluğun bu prosesə cəlb olunub-olunmamasını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »