Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər dünyanı süni ətlə təmin etmək istəyir

3d çap ilə təbii ətin nümunəsinin yaradılması artıq bir neçə ilin məsələsidir.

Bizimyol.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Bioprinting"lə məşğul olan şirkətlərindən birinin nümayəndəsi Yusef Hesuani məlumat yayıb. O, bildirib ki, müasir texnologiyalarla (3d) süni qida yaratmaq mümkün olacaq: "Zamanla insanlar fermada heyvan saxlamayacaqlar. Bu dünya resurslarına qənaət etməyə bir qədər kömək edəcək. Məsələn, bir kilo təbii dana əti üçün təxmini 15 lirt su və ən azından 1 inək lazımdır".

Həmçinin, Hesuani hələ ki təbii qidanın tam analoqunu yarada bilmədiklərini vurğulayıb: "Ölçülər çox balacadır. Bu, qidanın dadını anlamağa bəs etmir. Lakin, təməl qoyulub".

Keçirilən sorğuya əsasən, insanların 20-50 faizi süni əti dadmağa razılıq verib.

Qeyd edək ki, BMT-nin proqnozlarına görə, 2050-ci ildə dünyadakı insan sayı 10 milyarda çatacaq. Bu, gələcəkdə ərzaqa olan tələbatın daha da artacağını bildirir.

"İqtisadi Əməkdaşlıq və İnkişaf" təşkilatının proqnozlarına görə isə, 2025-ci ildə insanlar il ərzində 27 milyon ton mal əti tükədəcək. Bu rəqəm, 2018-ci ilin göstəricilərindən 8 faiz daha çoxdur.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »