Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Atom stansiyasının tikintisinə yox deməliyik, o bizə hədiyyə verilmir”
Atom stansiyası

Rusiya və Azərbaycan prezidentlərinin ötən həftə baş tutan görüşlərinin yekunlarına əsasən Rusiya Azərbaycana Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. Rusiya prezidentdi Vladimir Putin hətta bu məsələdə Azərbaycana dəstək göstəriləbiləcəyini istisna etməyib.

Bizimyol.info xəbər verir ki, dünən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, “Rusiyanın Azərbaycana Atom Elektrik Stansiyası tikməklə bağlı təklifi nəzərdən keçirilir. Rusiya atom enerjisi sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir. Bizimlə əməkdaşlıq üçün də belə təklif səsləndirilib. Hazırda Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma hələlik bu mövzu ilə bağlı konkret bir söz deyə bilmərəm”.

Qeyd edək ki, 1980-ci illərdə SSRİ Azərbaycanda AES tikilməsini plana salmışdı. Amma 1986-cı ildə Çernobıl qəzasından sonra bu məsələ təxirə salındı.

AES-in Azərbaycan üçün vaicbliyini sübut etmək üçün "Rosatom"un rəhbəri Aleksey Lixaçev isə deyib ki, 2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu, böyük rəqəmdir.

Bəs Putinin dediyi təklif reallaşa bilərmi? Reallaşarsa bu bizə nə verər və bizdən nə alar?

Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, Rusiyanın bu istəyi Azərbaycanı Rusiyadan daha çox asılı vəziyyətə sala bilər və biz nə qədər ki, vaxt var siyasi iradə göstərib bu təklifə yox deməliyik.

İlham İsmayıl İlham İsmayıl

“Azərbaycan müharibə aparan bir dövlətdir . Bizim ərazimizdə AES tikintisi təhlükə mənbəyi ola bilər. Doğrudur, ermənilərin də ərazisində Metsamor AES var və Qərb bu stansiyanın ləğv edilməsini dəfələrlə təklif edib.

Məlumdur ki, Rusiya ilə Türkiyə arasında "Akkuyu" Atom Elektrik Stansiyasının tikilişi işlərinə başlayıb. İranda var, Gürcüstanın öz enerji mənbəyi var. Azərbaycan da özünü kifayət qədər enerji ilə təmin edir. Biz bu stansiyanı tiksək enerjini kimə satacağıq? Heç kimə.Və Rusiya bunu bizə hədiyyə etməyəcək. 22 milyard dollarlıq maliyyə lazımdır.Bu bizim büdcəmizdən dəfələrlə çoxdur. Bunu Rusiya tikəcək və biz yenidən ondan asılı vəziyyətə düşəsiyik. Bu stansiyanın tikintisi üçün bizim kadrlarımız yoxdur, necə ki, Qəbələ RLS tikilərkən ruslar burda hərbi hissə yerləşdirmişdilər, AES tikilərsə də öz kadrları, öz hərbçiləri ilə gələcəklər. Mənə belə gəlir ki, biz bu təklifə yox deməliyik və bu təklif ciddiləşərsə siyasi iradə göstərilməlidir”.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi
››› Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi - Video
››› Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək
››› Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – Video
Son xəbərlər
Bütün xəbərlər »