Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Pişiklər çimizdirilirmi? - Foto
Pişiklər yuyunur

"Pişik əl-üzünü yuyur" deyimini yəqin çoxumuz eşitmişik. Bəs görəsən, əl-üzünü yalayaraq təmizləyən pişikləri hansı hallarda çimizdirmək lazımdır? Pişikləri çimizdirərkən nələrə diqqət etməliyik? Pişik saxlamaq istəyən insanları düşündürən bu suallara cavab axtarmağa çalışdıq.

Bizimyol.infonun əməkdaşı pişik saxlayan bir neçə şəxslə həmöhbət olub. Həmsöhbətlərimizdən əldə etdiyimiz yekun nəticəni təqdim edirik:

Sən demə, pişiklər suyu elə də sevmirlər. Özləri özlərini təmizləyən bu heyvanlar nadir halda çimməyə ehtiyac duyurlar. İlk olaraq nəzərə almaq lazımdır ki, suyu elə də sevməyən bu canlıları ehtiyac olmadığı halda çimizdirmək yaxşı fikir deyil. Pişiklər steril dilə sahib canlılardır. Onlar özlərini yalayaraq təmizləyirlər. Əgər tüklərinə dili ilə təmizləyə bilmədiyi yapışqan maddə bulaşıbsa, o zaman çimizdirmək olar. Əks halda yaxşısı budur pişiyinizi çimizdirməyəsiniz.

Pişiklərin tükləri sıx və incə olur. Buna görə, onlar çimizdirildikdə tüklərinin qurudulması çətin olur. Dəsmalla qurulmağa çalışsanız belə, tüklərinin dibi nəmli qalır. Pişiklər fen səsindən qorxur. Buna görə də çimizdirmək qədər, çimizdirdikdən sonra tüklərini qurulmaq da çox əziyyətli prosesdir.

Pişiklər yuyunur

Pişikləri çimizdirərkən nələrə diqqət etmək lazımdır?

Öncə pişiyinizi çimizdirəcəyiniz suyun ilıq olduğuna əmin olmalısınız. Pişiyiniz çimizdirdiyiniz yerdən qaça bilər. Buna görə ətrafdan təhlükəli ola biləcək əşyaları götürmək lazımdır. Pişiyinizi məcbur çimizdirməyə cəhd etməyin. Ona qarşı həssas davranın. Suya yavaş-yavaş alışdırın. Daha sonra pişiyiniz üçün aldığınız xüsusi şampunla tüklərini ovalayın. Şamapunun çox tökülmədiyinə diqqət edin. Pişiyinizin ağız və burnuna dəyməməsinə diqqət göstərin. Şampunladıqdan sonra incə əl hərərkətləri ilə durulayın. Duruladıqdan sonra pişiyinizi dəsmala bükün. Əgər fen səsindən qorxmursa fenin ilıq temperaturunda qurulaya bilərsiniz. Yox, əgər fen səsindən qorxursa dəsmala büküb isti temperaturlu bir yerə qoya bilərsiniz ki, tükləri qurusun. Bu əsnada çox da gəzməyinə imkan verməyin ki, soyuqlaya bilər. Bacardığınız qədər daha tez bir zamanda tüklərinin qurumasına diqqət göstərin.

Qeyd edək ki, pişikləri çimizdirərkən uyğun məhsullar istifadə etmək lazımdır. Pişikləri çimizdirərkən istifadə edə biləcəyiniz məhsulları "petshop"lardan əldə edə bilərsiniz.

Aləmdə Nəsib

Bizimyol.info

Paylaş »
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi
››› Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək
››› Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – Video
››› Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
Son xəbərlər
Bütün xəbərlər »