Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Goranboyda çağırışçı gənclər həbi xidmətə yollanıblar
Şağırışçılar - Goranboy

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli

həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.

Bizimyol info xəbər verir ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Goranboy rayon şöbəsinin şəxsi heyətinin, icra hakimiyyəti aparatının, hüquq-mühafizə

orqanlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə çağırışçı gənclər təntənəli mərasimlə

müddətli həqiqi hərbi xidmətə yola salınıb.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül

dəstələri düzüblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik

sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev gənclərin hərbi

vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən söz açıb. Ölkəmizin

vətənpərvər gəncliyinin torpaqlarımızın müdafiəsinə daim hazır olduğunu qeyd edib.

SHXÇDX-nin Goranboy rayon şöbəsinin rəisi, polkovnik-leytenant Abidin Rüstəmov

çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, ölkəmizin keşiyində ayıq-

sayıq dayanmağın, respublikamızın ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağın vacibliyini

onların diqqətinə çatdırıb. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan

Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan, qazanılmış nailiyyətlərdən danışıb.

Valideynlər adından çıxış edən Abduləzim Ələsgərov övladlarını hərbi xidmətə yola

salmaqdan qürur duyduqlarını ifadə edib, çağırışçı gənclərə çətin və məsuliyyətli əsgər

həyatında uğurlar arzulayıb.

Çağırışçılar adından çıxış edən Səməd Səmədzadə Azərbaycan Silahlı Qüvvələrinin

əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri ilə fəxr etdiklərini ifadə edib.

Konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər  Azərbaycan bayrağının

altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.

Şağırışçılar - Goranboy

Paylaş »
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi
››› Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək
››› Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – Video
››› Minlərlə azərbaycanlı Tərtər istiqamətində təmas xəttinə yürüş etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »