Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı-Quba yolunda baş verən yol qəzasında bir ailənin 3 üzvü ölüb - Video

Bu gün Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

Bizimyol.info xəbər verir ki, Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınan hadisədə İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.

Qəzada ölən şəxslər bir ailənin üzvləridir. Onlar minik avtomobilində olanlar - 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 1988-ci il təvəllüdlü Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.

Son xəbərlər
Bütün xəbərlər »