Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Keşikçidağ” məbədi gürcü zəvvarları üçün açılır
Keşikçidağ monastrı

Azərbaycan ərazisində yerləşən "Keşikçidağ” məbədinə gediş-gəliş bu ilin iyul ayında bir qrup Gürcüstan vətəndaşının törətdiyi təxribatdan sonra dayandırılmışdı. Sabahdan yəni oktyabrın 11-dən etibarən "Keşikçidağ” ("David Qareci”) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açılacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan mediası ölkənin Baş Naziri Georgi Qaxariyaya istinadən məlumat verib. Baş Nazir hökumətin iclasında bildirib ki, tutduğu postda Azərbaycana etdiyi ilk səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüş uğurlu alınıb.

"Mövcud problemlər barədə tamamilə açıq söhbətimiz oldu və nəticədə sabahdan etibarən kompleksin ərazisində yerləşən kilsələr gürcü zəvvarlar üçün açılacaq. Mən ölkə vətəndaşlarını hərəkət və sözlərində ehtiyatlı olmağa, məsuliyyətə çağırıram. Gürcüstan və Azərbaycan hər iki ölkənin maraqları nəzərə alınmaqla razılaşdırılmamış sərhəd bölgələri məsələsini həll etməlidir. Bu problem hər iki ölkənin tarixi irs və kilsə ilə bağlı milli maraqları nəzərə alınmaqla həll olunmalıdır”.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi
››› Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək
››› Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – Video
››› Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
Son xəbərlər
Bütün xəbərlər »