Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Unibank 100-cü onlayn biznes kreditini verib
IMG_9762-copy_640x477
Azərbaycanda ilk dəfə olaraq korporativ müştərilərinə onlayn kredit xidmətləri təqdim edən Unibank, bu sahədə 100-cü krediti rəsmiləşdirib. Onlayn kreditləşmənin 1 ilinin tamam olduğu ərəfədə, 100-cü krediti 23 ildir “Unibank”ın müştərisi olan şirkət götürüb. 100-cü krediti götürən şirkət rəhbərinə məhsulun 1 ilinin tamam olması münasibəti ilə Unibank tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

Qida sektorunda tanınmış şirkətlərdən olan “Gulistan Baku” MMC-nin rəhbəri Gülnarə Allahverdiyeva bildirib ki, şirkəti artıq bir neçə dəfə “Unibank”ın onlayn kredit məhsulundan faydalanıb: “Biz 20 ildən artıqdır ki, “Unibank”la əməkdaşıq edirik. Öz şirkətimizin nümunəsində “Unibank”ın biznesə dəstəyini 10 ballıq şkala ilə 10 bal ilə dəyərləndirərdim. Maliyyə dəstəyi lazım olan zaman, yüksək səviyyədə bank xidməti ilə təmin olunmuşuq. Onlayn kredit məhsulunun isə sahibkarlar üçün xüsusi dəyəri var. Ani pul lazım olanda əmin oluruq ki, müraciətimiz dəqiqələr ərzində qarşılanacaq. Daim inkişaf yolunda olan biznes üçün belə operativ dəstək çox vacibdir və biz bu dəstəyi hər zaman “Unibank”dan görmüşük”.

“Unibank” KB ASC-nin Korporativ Bank xidmətləri departamentinin direktor müavini Samir Mustafayev bildirib ki, biznes sahibləri üçün vaxt çox dəyərlidir və onlayn kreditləşmənin əsas məqsədi də sahibkara şirkətindən ayrılmadan dəstək göstərməkdir: “Biznes sahibinə qısamüddətli və təcili kredit lazım olanda, çox sərfəli şərtlərlə, həm də cəmi 15 dəqiqə ərzində “Unibank”dan götürə bilir. Bunun üçün banka gəlməyə ehtiyac yoxdur, çünki overdraft krediti birbaşa sahibkarın hesabına köçürülür. Bu kreditin girovsuz olmağı da sahibkarlar üçün bir üstünlükdür. Unibank olaraq çox şadıq ki, sahibkarlarımıza anında maliyyə dəstəyi göstərə bilirik və hər çətinliyə düşəndə onların yanındayıq”.

Overdraft kreditlərin üstünlükləri:

- Biznes sahiblərinin təxirəsalınmaz qısa müddətli tələblərini operativ şəkildə təmin edir;

- Güzəşt müddəti dövründə faizlərin hesablanmaması;

-100.000 AZN-dək kredit ayrılması mümkündür;

- Sahibkar krediti banka gəlmədən dəqiqələr ərzində əldə edir;

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından https://www.unibank.az/az/corporate/index əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Paylaş »
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi
››› Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək
››› Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – Video
››› Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
Son xəbərlər
Bütün xəbərlər »