Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyalı əşirətlər türk qoşunlarına qoşuldu, terrorçularla mübarizəyə qalxdı

Xəbər verdiyimiz kimi türk qoşunlarının “Barış pınarı” antiterror əməliyyatı planlaşdırıldığı kimi, uğurla davam edir.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfanın Ceylanpınar qəsəbəsi ilə üz- üzə yerləşən və Suriyaya məxsus Rasulayn qəsəbəsinin əşirətləri də terror təşkilatlarına qarşı silahlanıblar. Ummul Hayr kəndində Baggara əşirəti və onlara həmrəylik göstərən digər tayfalar PKK/YPG-PYD-yə qarşı türk ordusu ilə çiyin- çiyinə olduqlarını bəyan ediblər.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Türkiyənin Mardin bölgəsi ilə sərhəddə yerləşən Suriyanın Kamışlı ərazisində PKK/YPG-PYD-nin 5 silahlısı zərərsizləşdirilib.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »