Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ata bağlanıb süründürülən qadın barəsində yeni xəbər var - Video

Goranboy rayonunda 35 yaşlı Sahilə Ələkbərovanın qonşusu tərəfindən döyülərək ata bağlanıb süründürülməsi barədə məlumat vermişdik.

Goranboy Rayon İcra Hakimiyyətinin Əlirzalı kənd icra nümayəndəsi Nizadil Hüseynov Bizimyol.info saytına bildirib ki, Sahilə Ələkbərova hazırda xəstəxanaya yerləşdirilib və fakt polislər tərəfindən araşdırılır.

“Sahilə Ələkbərovanın döyülməsi xəbəri doğrudur. Lakin onut ata bağlanıb süründürülməsi yalandır. O öz atını axtarmaq üçün qonşuya keçib və aralarında mübahis yaranıb.Onun əl qolunu bağlayıb sürüyərək öz həyətlərindən çıxarıblar.Köməyə qonşular gəlib.Sahilə Ələkbərovanın atı qonşunun həyətinə keçib, o qonşuların atı oğurladığını dediyinə görə mübahisə başlayıb.Qonşular sürüyərək Sahiləni həyətdən çıxarıblar.Atın oğurlanması və ya ata bağlanaraq sürütlənməsi yalan söhbətdir”.

Qeyd edək ki, Sahilə Ələkbərova hazırda Goranboy Rayon Mərkəzi Xəstəxansının Travmatologiya şöbəsində müalicə alır. Onu döyən qonşusu Fürduz Dəmirov, oğlu Ariz Dəmirov və qızı Fəridə Dəmirova hazırda polis şöbəsində nəzarət altındadırlar.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidməti də baş vermiş hadisə ilə bağlı açıqlama verib.

Məlumatda bildirilir ki, Əlirzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşuları olan Fürduz Dəmirova və onun ovladları (oğulu və qızı) tərəfindən döyülüb.

"Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürüdülmə məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır", - açıqlamada qeyd olunub.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »