Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Firudin Cəlilov Pənah Hüseynin ittihamlarına "şillə-şapalaqla" cavab verdi

Vurğun Əyyubun ölümündən sonra keçmiş təhsil naziri Firudin Cəlilovun verdiyi bir müsahibədə “test üsulunu ölkəyə Vurğun Əyyub deyil, mən gətirmişəm” deməsi yeni polemikalara səbəb oldu. Keşmiş baş nazir Pənah Hüseyn və Elçibəyin köməkçisi Oktay Qasımov Firudin Cəlilovu yalan söyləməkdə ittiham ediblər.

Firudin Cəlilov Bizimyol.info saytına verdiyi açıqlamada qarşı tərəflərin ittihamlarını belə cavablandırdı. “Mən bu məsləni Vurğun bəyin sağlığında açıqlamadım, çünki onu incitmək istəmirdim. Çünki Vurğun bəyin bu sahədə böyük xidməti vardı, mənim qurduğum işi vicdanla gerçəkləşdirdi, onu qırmaq mənə yaraşmazdı. O dünyasını dəyişənə qədər bunu bilmədi.

Əvvəla test imtahanı mənim təklifim olsa da, mən özüm bu təklifi heç vaxt uğurlu saymamışam, çünki test ədaləti bərpa etsə də, ziyanlı tərəfləri də var. Sadəcə məqsədim qəbul imtahanını testlə qaydaya salandan sonra, yəni bir neçə ildən sonra daha uğurlu varianta keçəcəyimizi düşünürdüm. Pənah bəy, deyirsən ki, AXC proqramlarında test var idi, zəhmət olmasa, onu ortaya qoy. Axı Türkiyədən dəvət etdiyim uzmanın köməyi ilə Türkiyəyə göndərdiyim 2000 tələbə ilk test imtahanı ilə seçildi. Respublika üzrə imtahanı isə Vurğun bəy 3 ay sonra, noyabrda keçirdi. Bu prosesi gözdən salmaq istəyənlər Vurğunun əleyhinə Elçi bəyə yalan məlumat verirdi”.

Firudin Cəlilov Pənah Hüseynin bütün ittihamlarını sosial şəbəkə vasitəsilə aşağıdakı kimi cavablandırıb:

“Pənah bəyin bu yorumu və ona züy tutanların gerçək sifəti açıldı, bu nədənlə Pənah bəyə təşəkkür etməm gərəkir və bu yazını oxuyun, sonra "təşəkkür" edəcəm.

Vurğun bəy son müsahibəsində (Xural TV, I hissədə) özü bunu etiraf etdi. Misir Mərdanov da Moderator az. saytında (26/09/2019) bunu təkrar etdi:“Firudin Cəlilov test üsulunu Azərbaycana gətirməyi təklif etmişdi. Bunu öyrənmək üçün məni və Vurğunu Türkiyəyə göndərdi." Pənah bəy, tərbiyəsiz ifadələrin üçün vuracağım şillələrə hazır ol, qoy dostların da görsün ki, kimin başı xəstədi, ya da kim araqarışdıran siyası manyakdı...

ŞİLLƏ 1. Əlifba əhvalatından sonra guya bəy məni görmək istəmirmiş. Bu olay bəy prezident olandan xeyli sonra olmuşdu, o Türkiyə əlifbasını istəyirdi, mən Ortaq Türk əlifbasını (zaman göstərdi ki, mən haqlı idim, indi digər türk ölkələri də bu əlifbaya keçir). AXC hakimiyətinin uğurları sırasında əlifba reformunu da sadalanır. Mən də deyirəm, AXC hakimiyətə gəlməmişdən öncə, Mütəllibovun vaxtında əlifbanı dəyişdik. Tarix 25 dekabr 1991. Milli azadlıq hərəkatının lideri adına belə saxtakarlıq etmənizi doğru saymıram, onsuz da onun xidmətləri çoxdur.

ŞİLLƏ 2. Doğru deyirsən, sən dövlət katibi olanda mən prezident aparatına cəmi bir və ya iki dəfə gəlmişəm. Bu da doğrudur ki, sən Elçibəyin ətrafını elə qapamışdın ki, heç bir məmur onun yanına girə bilməsin, ona görə də iş getmirdi, əslində ölkəni sən idarə edirdin. Ancaq mən istəyəndə nəinki görüşmək, hətta mənim tələbim ilə bəy qapalı iclas da keçirdirdi. Belə iclasların birində Arif bəy də iştirak edib, ondan soruşa bilərsən. Mən Elçibəylə hərəkatda olanda sizlər hələ aşırmalı şalvar geyirdiniz, sonralar göbələk kimi ordan-burdan çıxıb at oynatmağa başladınız. Xırdalığa getmirəm.

ŞİLLƏ 3. Nazirlər kabinetində mənim harada oturduğumu bilmirdin, deyirsən. Rəhmətlik Vurğun bəy isə yazır ki, Pənahla prezidentin müşaviri Rafik İsmayılov məni razı salmaq üçün Firudin bəyin otağına gəlmişdi.

Test məsələsi. Əvvəla test imtahanı mənim təklifim olsa da, mən özüm bu təklifi heç vaxt uğurlu saymamışam, çünki test ədaləti bərpa etsə də, ziyanlı tərəfləri də var. Sadəcə məqsədim qəbul imtahanını testlə qaydaya salandan sonra, yəni bir neçə ildən sonra daha uğurlu varianta keçəcəyimizi düşünürdüm. Pənah bəy, deyirsən ki, AXC proqramlarında test var idi, zəhmət olmasa, onu ortaya qoy. Axı Türkiyədən dəvət etdiyim uzmanın köməyi iləTürkiyəyə göndərdiyim 2000 tələbə ilk test imtahanı ilə seçildi. Respublika üzrə imtahanı isə Vurğun bəy 3 ay sonra, noyabrda keçirdi. Bu prosesi gözdən salmaq istəyənlər Vurğunun əleyhinə Elçi bəyə yalan məlumat verirdi, o da AXC-nin qurultayında demişdi ki, heç olmasa imtahan 50 % doğru keçirilib. Sabahısı gün mən həm parlamentdə, həm də "Millət" qəzetində verdiyim müsahibədə bunun doğru olmadığını, imtahanın 100% doğru keçirildiyini dedim, Vurğun bəyi müdafiə etdim. (O tarixin qəzetinə baxın).

ŞİLLƏ 4. Test məsələsi. Əvvəla test imtahanı mənim təklifim olsa da, mən özüm bu təklifi heç vaxt uğurlu saymamışam, çünki test ədaləti bərpa etsə də, ziyanlı tərəfləri də var. Sadəcə məqsədim qəbul imtahanını testlə qaydaya salandan sonra, yəni bir neçə ildən sonra daha uğurlu varianta keçəcəyimizi düşünürdüm. Pənah bəy, deyirsən ki, AXC proqramlarında test var idi, zəhmət olmasa, onu ortaya qoy. Axı Türkiyədən dəvət etdiyim uzmanın köməyi iləTürkiyəyə göndərdiyim 2000 tələbə ilk test imtahanı ilə seçildi. Respublika üzrə imtahanı isə Vurğun bəy 3 ay sonra, noyabrda keçirdi. Bu prosesi gözdən salmaq istəyənlər Vurğunun əleyhinə Elçi bəyə yalan məlumat verirdi, o da AXC-nin qurultayında demişdi ki, heç olmasa imtahan 50 % doğru keçirilib. Sabahısı gün mən həm parlamentdə, həm də "Millət" qəzetində verdiyim müsahibədə bunun doğru olmadığını, imtahanın 100% doğru keçirildiyini dedim, Vurğun bəyi müdafiə etdim. (O tarixin qəzetinə baxın). ŞİLLƏ 5. Doğru deyirsən TQDK birbaşa prezidentə tabe idi, ancaq bunu demirsən ki, bu ikinci sərəncamla bağlıdır. Mənim hazırladığım və sənin prezidentə qol çəkdirdiyin (Vurğunun təyin olunması) sərəncamı və əsasnamə isə.TQDK-nın Nazirlər kabineti yanında olması idi. Yəni ikinci sərəncamla mənim kurasiyamdan çıxdı.

ŞİLLƏ 5. Doğru deyirsən TQDK birbaşa prezidentə tabe idi, ancaq bunu demirsən ki, bu ikinci sərəncamla bağlıdır. Mənim hazırladığım və sənin prezidentə qol çəkdirdiyin (Vurğunun təyin olunması) sərəncamı və əsasnamə isə.TQDK-nın Nazirlər kabineti yanında olması idi. Yəni ikinci sərəncamla mənim kurasiyamdan çıxdı.... əlim yoruldu, o biri şillələri də sonra vuraram.

Firudin Cəlilov bununla yetinməyib Pənah Hüseynə bu şillələri sildiyi təqdirdə şapalaqla cavab verəcəyini də bildirib.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »