Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novruz Məmmədovun baş nazir vəzifəsindən azad edilməsinin səbəbi açıqlandı – Video

“Keçmiş baş nazir Novruz Məmmədovu Ali Baş Komandan Silahlı Qüvvələrə qarşı imza atdığı sənədə görə vəzifəsindən dərhal kənarlaşdırıb”.

Bu barədə Bizimyol.info-ya hərbi ekspert Üzeyir Cəfərov bildirib.

“Novruz Məmmədov və bir neçə nazir prezidentin imzaladığı maaş artımı ilə bağlı sənədə özlərinin “özfəaliyyəti” nəticəsində müdaxilə ediblər. Və bu söhbət ölkənin rəhbər şəxslərindən biri vasitəsiylə Prezidentə məruzə olunub. Və Novruz Məmmədovdan izahat istənilib. O da vəziyyətdən çıxmaq üçün min bir bəhanə və dəlil gətirməyə çalışıb. Ancaq Novruz Məmmədovun imzaladığı qərarı Silahlı Qüvvələrin şəxsi heyətini bilərəkdən və ya bilməyərəkdən Ali Baş Komandandan və dövlətdən narazı salmaq kimi qiymətləndirilib və o vəzifəsindən kənarlaşdırılıb,-deyə hərbi ekspert bildirib.

Üzeyir Cəfərov Üzeyir Cəfərov

Ekspert hesab edib ki, ölkə başçısı onu təkcə vəzifədən deyil, eyni zamanda 1 il 6 ay ərzində müharibə vəziyyətində olan ölkənin Baş naziri kimi bircə dəfə də olsun hər hansı hərbi hissəyə və ya birləşməyə baş çəkmədiyinə görə də ciddi cəzalandırmalıdır: “Bu adam, sanki hansı vəzifənin sahibi olduğunu unutmuşdu. İtdən-qurddan, giləmeyvədən, ermənilərin dostu Şirakdan belə vaxt tapıb onlara “baş vururdu və vurduğu baş da bir neçə dəfə” “qəzaya uğradı”.

Dilim qabar oldu ki, ay Novruz Məmmədov müəllim, Silahlı Qüvvələrə diqqət və vaxt ayırın. Məsələn ərzaq pulu kimlərləsə tərəfindən artıq 6 ildir ki mənimsənilir. Əsgərə 128 manat, zabitə isə 64 manat ərzaq pulu verlilir. Axı, “Hərbi Qulluqçuların Statusu Haqqında” Qanunun 10-cu maddəsinin 5-ci bəndini heç kimin pozmağa ixtiyarı yoxdur. Və bildiyim qədər hörmətli Samir Şərifov maliyyə naziri kimi hər ay dövlət büdcəsindən məhz bütün hərbi qulluqçulara ərzaq üçün pul kimi 128 manat maliyyə ayırır. Ancaq o pul bəzi vicdansız və baz - yanlarında mamlı-matan saxlıyan general və rəhbər şəxslər tərəfindən "buxarlandırılır". Buna Baş prokuror da, Hərbi prokuror da nədənsə göz yumurlar”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »