Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Günah həmişə öləndədir?
qad-na-qar-zorak-l-q

Azərbaycanda təkcə bir ay ərzində 13 qadının qətl edilməsi uçurumun kənarında dayanmağımızdan xəbər verir.

Bizimyol.info xəbər verir ki, öldürülən qadınlardan 9-u anadır və onların 6 nəfəri övladlarının gözü qarşısında öldürülblər. Bu gələcəyə böyük travma ilə gedən bir dəstə faciəli , atasına nifrət edən və Allah bilir gələcəkdə hansı fəsadlarla ömür sürəcək uşaq deməkdir. Təkcə bir ayda baş verən dəhşətli statistikanı təqdim etməklə cəmiyyətimizin susaraq görməzdən gəldiyi kabusun zülmətini göstərmək istəyirəm.

Bakı, Binəqədi rayonu, Avtovağzal metrosu yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.

Beyləqanın, Yuxarı Aran kəndində döyülərək yolun kənarına koma vəziyyətində atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızı xəstəxanada vəfat edib. Döyülmə səbəbi müəmmalıdır.Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən ölümcül döyülüb. Səbəb isə gəlin gələndə özü ilə cehiz kimi qoyun gətirməməsidir.Bakı, Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.Gəncənin Bayan küçəsində, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri Məhərrəm Sirati tərəfindən boğazı kəsilib.Bakının Nəsimi rayonunda qayınana və qızını beyzbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.Abşeronun Masazır qəsəbəsində Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib. Bakı, Atatürk prospektində Orxan və Aysel adlı şəxslər 1995-ci il təvəllüdlü Musazadə Nurlana İbrahim qızını döyərək, telefonunu alıb, hadisə yerindən uzaqlaşıblar. Xətai rayonu, NZS qəsəbəsi ailə münaqişəsi zəmnində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib. Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül qızı keçmiş əri tərəfindən döyülüb.

Goranboy rayonunun Xanqərvənd kəndində 35 yaşlı qadını qonşuları ata bağlayaraq sürüyüblər. Ailə məişət zəminində döyülüb öldürülməyən qadınlar şükr etməlidirlərmi?

Yaşasalar belə içlərindəki sevinci, mərhəməti baltalayıblar. “Günah həmişə öləndə olur” deyib haqq qazandırmağa davam etdikcə, “əridir, özü bilər, sevər də döyər də” deyib susduqca Azərbaycan qadınının göz yaşları qurumayacaq, ailələrdə ruhən şikəst övladlar yetişəcək, ailə dediyimiz də birinin ömrünü fəda etdiyi, digər tərəfin zor tətbiq edərək hakimiyyət qurduğu bir zindan olacaq. Artan bu şiddətə dur deməyin vaxtı keçir.Azərbaycan qanunvericiliyində ailədaxili zorakılıq və şiddətin qarşısını alan qanunlar var. Lakin mexanizm nə şəkildə işləyir? Qadınlar öz hüquqlarını bilirlərmi? Ərindən , ailə üzvlərindən əziyyət görən qadınlara hansı şəkildə dəstək vermək olar?

Bu suallarımıza Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə cavab verir.

Kəmalə Ağazadə

“Öncə məişət zoraklığı haqqında qanunun bütün müddəaları barədə maarifləndirmə işləri aparılmalıdır.Ailə münaqişlərinin aradan qaldırılması üçün ictimai qınaq olmalıdır. Qonşuda ailə münaqişəsi varsa bunu gizlətməklə cinayətə yol açmış oluruq. Hamı deyir “mən qarışa bilmərəm, bu mənim məsələm deyil”. Mənə aid deyil deyib keçəndə bu kimi faciələr yaşanır, analar uşaqlarının gözü önüdə amansızca öldürürlər. Sahə müvəkkililəri nəyə baxırlar? Sahə müvəkkili münaqişəli ailəyə “barışın” deməməlidir, ölçü gtürülməlidir, polisə məlumat verməlidir. Profilaktik tədbirlər var. Qadın gedib özü polisə şikayət edirsə artıq bu onsuz da qəzəbli olan ərdə ikinci bir qıcıq yaradır. Şiddəti artırır. Ona görə bu işi polis öz öhdəsinə götürməlidir. Mən xanımlarımıza demək istəyirəm. Daxili İşlər Nazirliyinin "102" "qaynar xətti"ndə yeni bir qayda yaradılıb. Bu xəttə zəng edib müraciətinizi, şikayətinizi bildirirsinizsə, polisə dəvət olunmursunuz, polis özü gəlib yerində araşdırma aparmalıdır. Bunu qadınlar, şiddətə məruz qalan hər bir kəs bilsin!

Hüquq mühafizə orqanları bu qaydaları sadələşdirirlər ki, insanlara kömək etsinlər. Aktiv xəttdir. Mexanizmlər işlək vəziyyətə gətirilməsə zorakılıq daha da artacaq.Əgər kişi qadını öldürməklə incitməklə hədələyirsə, demək bir gün bunu həyata keçirə bilər. Faciənin qarşısını almaq üçün nə etmək lazımdır? İcra Hakimiyyəti orqanları yanında hüquq şöbhəsində mühafizə orderinin alınması mümkündür. Hər İcra Hakimiyyəti orqanında monitorinq qrupu yaradılıb. Onların vəzifəsi bundan ibarətdir ki, araşdırma aparıb 10 gün,15 gün, 1 ay və daha fərqli müddətlərdə qadını mühafizə altına alsınlar, onun toxunulmazlığını təmin etsinlər. Qeyd edim ki, bu mühafizə tədbiri ailə boşanmadan da həyata keçirilir. İnsanlara bu barədə məlumat vermək lazımdır ki, bilsinlər”.

Dilimizdə yer almış bir söz var. Günah həmişə öləndə olur. Susan vicdanların səsini batırmaq üçün yaxşı məsəldir. Elə belə deyə- deyə öldürülən qadına qara yaxmağa, qatilə haqq verməyə başlayır cəmiyyət.” Namussuzluq edirdi, xəyanət edirdi, boşanmaq istəyirdi öldürüldü”. Ölənin ardınca adətən deyilən fikirlər bunlar olur. Sanki qalanların heç birinin heç bir günahı yoxmuş kimi. Sanki o faciənin başlanğıcında, ilk yumruq qalxanda susan qaynana, qaynata günahkar deyil, sanki hər xırda problemi şişirərək ərlə- arvadı bir- birinə qarşı dolduran qohumlar, qonşular günahkar deyil, sanki qardaşa “bacın filankəslə yazışdı” deyib onun əlinə bıçaq verən dostları günahkar deyil, sanki namusun ancaq qadının bədəninə mənsub olduğunu düşünüb, ev yıxan, iftira atan, ara qarışdıran, cahil düşüncələri ilə cahil beyinlərə zəhərli toxumlar səpənlər günahkar deyil. Kimin günahı yoxdursa ilk daşı o atsın.Günah həmişəmi öləndədir?

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi
››› Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək
››› Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – Video
››› Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
Son xəbərlər
Bütün xəbərlər »