Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada iki nəfər sinaqoqu atəşə tutub qaçdılar – Video

Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxslər yahudilərə odlu silahla hücum ediblər.

Bizimyol.info xəbər verir ki, “RİA “Novosti”nin məlumatına görə, atışma yerli sinaqoq yaxınlığında olub, bu zaman yəhudilər dini bayramını qeyd etmək üçün məbədə toplaşıblar.

Cinyətkarlar sinaqoqa daxil olmağa cəhd ediblər. Onlar yəhudi qəbiristanlığına qumbara da atıblar.

Hadisə kameralara düşüb. Cinayətkarlardan biri maşından düşərək tüfəngdən atəş açıb. Daha sonra şübhəlilər avtomobillə hadisə yerindən qaçıblar.

Polis qüvvələri şəhərdə gücləndirilmiş iş rejimində çalışır və vətəndaşlar ayıq olmağa çağırıb.

Şəhərin bütün yollarında, dəmiryolu stansiyalarında və hava limanlarında nəzarət gücləndirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »