Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın fantastik qiymətə olan avtomobili
Paşinyanın maşını

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni zirehli avtomobilinin qiyməti 290 min dollardan artıqdır.

Bizimyol.info xəbər verir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi erməni mənbələrinə istinadən yazıb.

“Öz başında kasıblığın öhdəsindən gəldiyini düşünən Baş nazir Nikol Paşinyan son zamanlar dövlətin hesabına özünün və ailə üzvlərinin lüks həyatına daha çox üstünlük verir”, - deyə İ.Tanrıverdi bildirib.

Onun sözlərinə görə, Paşinyan bu yaxınlarda ABŞ-a səfəri zamanı super bahalı təyyarə kirayələyib.

İ.Tanrıverdi qeyd edib ki, həmin təyyarədən yalnız bir tərəfli uçuş üçün istifadə Ermənistanın dövlət büdcəsinə 330 min dollara başa gəlib.

“İndi məlum olur ki, Paşinyan üçün Serj Sarkisyandan miras qalmış zirehli “Mersedes S 600 W 221” markalı xidməti maşın artıq köhnəlmiş hesab olunur. Buna görə də o, artıq yeni 2019-cu il istehsalı olan “Mersedes S 600 W 222” modeli olan yeni avtomobil əldə edib.

Bu maşının fərqi ondadır ki, bütövlükdə zirehlidir, bir sıra manevr üstünlükləri var və qiyməti 290 min dollardan da bahadır”.(oxu.az)

Paylaş »
››› Stalinə cəbhədən qəzəbli məktub yazan müsəlman əsgərin taleyi necə olub... - Foto
››› Dünyanın ən varlı adamı dəyişdi: Ceff Bezos birinciliyi itirdi
››› Məşhur meyxanaçanın bacısı oğlunun intiharının təfərrüatı
››› Tehran aeroportu işini dayandırdı
››› Məşhur meyxanaçının bacısı oğlu özünü asıb

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »