Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibəyə iqtisadçı baxışı – “Bölgədə gedən "hibrid" müharibə "partizan" müharibəsinə dönə bilər”

“Türkiyə Suriyada yeni hərbi əməliyyat başladı - Tanrı Türk əsgərini, qorusun, ümid edirəm ki, Türkiyə bu bataqlığa tam batmayacaq. Çünki, illərlə qurudulması çətin olacaq bataqlıq Türkiyəni zəiflədə, iqtisadiyyatına böyük zərbə ola bilər”.

Bu sözləri Bizimyol.info-ya iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Natiq Cəfərli Natiq Cəfərli

O qeyd edib ki,Türkiyə ordusu güclüdür, açıq hərbi savaşda istənilən "kürd" terror birləşmələrini darmadağın edə bilər. Amma bölgədə "hibrid" müharibə gedir, bir müddət sonra "partizan" müharibəsinə də dönə bilər. “Türk əsgəri səhərin işığında adi kəndli, qaranlıq düşən kimi isə silahlı başkəsənə çevrilən düşmənlə üzbəüz qala bilər. Türkiyə Suriyada SSRİ-nin Əfqanıstanda, ABŞ-ın Sayqonda rast gəldiyi müharibə tipi ilə qarşılaşa bilər.

Türkiyə iqtisadiyyatı uzun hərbi əməliyyatlara hazır deyil - əgər Tramp 1 twit ilə lirəni 2,5% dəyərdən sala bilirsə, birja günə 3% dəyər itirirsə, deməli qardaş ölkənin iqtisadiyyatı güclü deyil.

Türkiyə, faktiki tək qalıb, həm Rusiya, həm İran, həm ABŞ öz maraqlarına görə Türkiyənin o bataqlıqda daha dərin batmasını istəyir və bu ölkələrin heç birinin marağı Türkiyənin marağı ilə üst-üstə düşmür. Tam tərsinə, hər bir ölkə Türkiyənin əli ilə öz problemlərini həll etmək istəyir:

1) Rusiya Türkiyənin əli ilə ABŞ-ı oradan çıxartmaq, Əsədə müxalif olan kürdləri məhv etmək istəyir.

2) ABŞ Türkiyənin əli ilə Rusiya və İranı orada zəiflətmək, amma kürdlərin də ayaqda saxlamaq istəyir.

3) İran da elə Rusiya ilə eyni hədəflərə çatmaq istəyir, amma əsas hədəf Əsədin qalması, İran-İraq-Suriya-Livan şiə xəttinin işlək olmasıdır.

Türkiyənin müdaxiləsindən isə ən çox Əsəd qazanır, dünənə qədər "katil Əsəd" deyilən zat, indi Türkiyənin dəstəyi ilə ölkənin tamamına hakim olmaq istəyir.

Suriyada olan-bitən AKP iqtidarının xarici siyasətdə fiaskosunun nəticəcidir. Siyasətçilərin vaxtıilə buraxdığı səhvləri idi Mehmetçik düzəltməyə çalışır “.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »