Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İbtidai sinif şagirdinə oxşayan müəllim: Hamı ondan danışır
2019-10-09_222332

Filippində hamı ibtidai sinif şagirdinə oxşayan müəllimdən danışır. Üzdən ona 10-11 yaşdan çox vermək olmur. Halbuki müəllimin 23 yaşı var.

Bizimyol.info xəbər verir ki, Yan Fransis Manqa Filippində uşağa oxşaması ilə məşhurlaşıb. Bütün sosial şəbəkələrdə ondan yazırlar. Yan Fransis Manqanın boyu 162 santimetrdir. Üzünə baxanda daha çox ibtidai sinif şagirdinə oxşatmaq olur.

Müəllim deyir ki, uşaqlıqda çox zəif olub. Boyu da artmırmış, amma yaşadığı ərazidə onunla həmişə yaxşı davranıblar, lağa qoymayıblar. Buna görə də pozitiv ruhda böyüyüb.

Yan Fransis Manqa hələ məktəbdə oxuyanda qərara gəlib ki, müəllim olsun. Buna görə heç peşman deyil. Şagirdləri onu çox sevir: “Ciddi olmağa çalışıram. Çünki mən müəlliməm. Uşaqlara göstərməyə çalışıram ki, oynamaq üçün başqa zamanları olacaq, məktəbdə oxumaq lazımdır”.

Müəllim uşağa oxşamasını, boyunu dərd etmir. Səsi yaşından xəbər verir. Bir az həddən artıq diqqət onun yorur, bundan narazıdır.

Paylaş »
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi
››› Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək
››› Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – Video
››› Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
Son xəbərlər
Bütün xəbərlər »