Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
32 yaşlı türk aktrisa 80 yaşlı amerikalı ilə evlənməsinin səbəbini açıqladı: “Hər qadın “hə” deyərdi”
80-yasindaki-amerikali-ile-evlenen-meltem-12510811_6303_o

İllər öncə “Həyat davam edir” serialında uşaq yaşda qoca kişiyə zorla ərə verilən Həyat rolunu oynayan türkiyəli aktrisa Məltəm Miraloğlu gerçək həyatda da eyni cür davranıb.

O,  özündən 48 yaş böyük olan amerikalı ilə nikah bağlayıb.

Bizimyol.info xəbər verir ki, bu evlilik təxminən on gün öncə gerçəkləşib və müxtəlif söz-söhbətlərə rəvac verib. 32 yaşlı aktrisa ünvanına səslənən tənqidlərə belə cavab verib:

“Yaş fərqi problem deyil. Onun çox gənc bir qəlbi var. Onun var-dövləti və Amerika vətəndaşlığının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Bizimki ilk görüşdə məhəbbət oldu...”

Aldığı evlilik təklifinin çox romantik olduğunu söyləyən Miraloğlu bunun detallarını açıqlamaq istəməyib: “Evlilik təklifi çox romantik idi, hər qadın “hə” deyərdi. Amma bu təklifin necə gerçəkləşdiyi öz aramızda qalsın”.

Aktrisanın yaxınları da olaya sərt reaksiya verib. Buna münasibət bildirən Məltəm Miraloğlu belə deyib: “Mən xoşbəxtəm. Bu, mənim seçimimdir. Özəl həyatımla bağlı məsələdə hörmət gözləyirəm”.

Paylaş »
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› Novruz Məmmədova bu gün yeni vəzifə veriləcək
››› Elçin Əlibəyli təkzib edib hədələdi - “Elə bir təhlükəyə çevriləcəm əsim-əsim əsəcəklər”
››› Bananda görünən qırmızı rəngli maddə qandır, yoxsa?
››› Sumqayıt-Bakı qatarının hərkətini dayandırması etiraza səbəb oldu - Foto
Son xəbərlər
Bütün xəbərlər »