Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Suriyada hərbi əməliyyatlara başladı: dərhal dollar və qızıl bahalaşdı

Türkiyə Suriyada aktiv əməliyyatlara başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Barış Pınarı Harekatı”nın (Sülh bulağı hərəkatı) başlandığını açıqlayıb.

Türkiyə qırıcılarının Resulayn şəhərində hədəfləri bombardman etdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, Türkiyə kürdlərin başçılıq etdiyi qüvvələrə qarşı əməliyyat apararaq Suriyanın 30 kilometrliyində “təhlükəsiz zona” yaratmaq istəyir. Kürdlər bu ərazinin İŞİD-dən təmizlənməsində ABŞ qüvvələrinə kömək edib.

Ərdoğan “Barış Pınarı Hərəkatı”nın başlanmasını “Twitter”də açıqlayıb. Bildirib ki, Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı əməliyyatları Azad Suriya Ordusu ilə birlikdə həyata keçirəcək: “Məqsədimiz cənub sərhədlərimizdə yaratmağa çalışdıqları terror dəhlizini yox etmək, bölgəyə barış və dinclik gətirməkdir.

Yaradacağımız GÜVƏNLİ BÖLGƏ sayəsində suriyalı qaçqınların ölkələrinə qayıtmalarına şərait yaradacağıq. Suriyanın ərazi bütövlüyünü qoruyacaq, bütün bölgə xalqını terrorun pəncəsindən qurtaracağıq”.

Türkiyədə “Barış Planı Hərəkatı” başlanandan dərhal sonra ölkədə dollar və qızılın qiymətində bahalaşma qeydə alınıb.

Suriyanın hökumətyönlü mediası ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yazır ki, “Suriya bütün qanuni yollarla Türkiyənin təcavüzünü önləmək qərarını yeniləyir”.

Son xəbərlər
Bütün xəbərlər »