Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada kafeyə silahlı hücum edən şəxs müşahidə kameralarına düşüb - Video

Almaniyanın Hall şəhərində yerləşən kafedə müştərilərə silahlı hücum olub.

Hücum anı müşahidə kameraları tərəfindən qeydə alınıb. Hadisə nəticəsində iki nəfər həlak olub. Silahlı hücumu həyata keçirən kişi isə artıq həbs edilib.

Hadisə şahidlərinin sözlərinə görə, hadisəni törədən şəxs əvvəlcə kafeyə əl qumbarası atsa da, o, qapıya dəyərək istiqamətini dəyişib və küçədə partlayıb. Daha sonra o, əlindəki odlu silahla müştərilərə atəş açıb. Hadisə yerində bir qadın həlak olub, bir neçə nəfər yaralanıb.

Kadrlarda kişinin necə atəş açması açıq əks olunub. Videoya əsasən onun, ən azı üç atəş açdığını demək olar.

Artıq iki nəfərin öldüyü dəqiqdir.

Polis hücum edənin tək olmadığını ehtimal edir. (Oxu.az)

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »