Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İsrailin Azərbaycandakı səfiri məhkəməyə verilib
1477356380

İsrailin Azərbaycandakı səfirliyi məhkəməyə verilib. Məhkəmədə iddia qaldıran isə səfirliyin keçmiş işçisi Qəzənfər Atayevdir.

Bizimyol.info xəbər verir ki, səfirliyin sürücüsü olmuş Qəzənfər Atayev işdən çıxarılandan sonra məhkəməyə üz tutub. O, işdən çıxarılması barədə əmrin qanunsuz hesab edilib ləğv olunaraq işə bərpa edilməsini, əmrə görə səfirin məsuliyyətə cəlb olunmasını, işsiz qaldığı müddətə görə isə əməkhaqqısının hesablanıb ödənilməsini tələb edib.

Yasamal rayon Məhkəməsi iddianı yolverilməz hesab edib, iddiaya baxmaqdan imtina edilib. Bu qərardan verilən apellyasiya şikayəti təmin edilib – iddianın mümkünsüz sayılması barədə qərardad ləğv edilib. Qərar verilib ki, Yasamal rayon Məhkəməsi bu iddiaya baxmalıdır. Yasamal rayon Məhkəməsi ikinci dəfə iddiaya baxıb, bu işə xitam verib. Qəzənfər Atayevə də izah olunub ki, səfirliyin və səfirin toxunulmazlıq immuniteti var. Diplomatik missiyanın üzvləri, o cümlədən səfir mülki məhkəmə məsuliyyətindən azaddır. Ona görə də səfirə qarşı mülki qaydada qaldırılmış işə məhkəmə baxa bilməz.

Qəzənfər Atayev iddiasına baxılmasını istəyirsə, bunun üçün ilk növbədə səfirliyin immunitetinin ləğvi üçün İsrail dövlətinə müraciət etməlidir.

Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

Paylaş »
››› Bakıda sürücülərə tələ quran polislərin kimliyi açıqlandı - Video
››› Gündə 10 min dollar qazanan məktəbli: təzə imarət alıb - Fotolar
››› Hələ belə biabırçı təşviqat kampaniyası görməmisiniz - Video
››› Çində təhsil alan azərbaycanlı tələbə: "Doğmalarımı yoluxdurmamaq üçün..."
››› Bakı polisindən Fatimə Mövlamlının saxlanılması barədə xəbərlərə reaksiya

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »