Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
18 yaşadək şəxslər ən çox hansı səbəblərdən ölür?
1545027436_meyit

2018-ci ildə 18 yaşadək şəxslər arasında ümumi səbəblərdən 2412 ölüm halı qeydə alınıb.

Ölüm hallarının 1558-i şəhərdə, 854-ü isə kənd yerlərində baş verib.

Ən çox ölüm hamiləlik dövründə meydana çıxan bəzi hallar zamanı qeydə alınıb. Bu səbəbdən ölənləri sayı 1001 olub.

Sinir sistemi xəstəliklərindən ölən uşaqlar arasında isə 289 ölüm halı qeydə alınıb.

215 uşaq tənəffüs sistemi xəstəliklərindən vəfat edib.

Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirindən 214 ölüm halı baş verib.

Anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozğunları) ölmə halları isə ilk beşlikdədir. Bu xəstəliklərə görə 197 uşaq ölüb. (Oxu.az)

Paylaş »
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
››› Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: "Qorxmayın..." - Video
››› İranda virusdan ölənləri gizlicə basdırırlar - Video
››› Türkiyə 1709 suriyalı hərbçini məhv edib - Video
››› Türkiyə qapıları açır, ölkədəki qaçqınlar Avropaya köç edir - Foto
Son xəbərlər
Bütün xəbərlər »