Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gürcü patriarxı Allahşükür Paşazadəyə sərt məktub yazdı: "Keşikçidağa girişi qaytarın"
Gürcü patriarxı - Allahşükür Paşazadə

Gürcüstan Patriarxlığı bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın Keşikçidağ (David-Gareci) monastır kompleksi ilə bağlı Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə ünvanladığı məktubunu yayımlayıb.

Bizimyol.info xəbər verir ki, məktubda gürcü patriarxı Azərbaycan tərəfini, zəvvarların Çiçxituri və Udabno monastırlarına baş çəkmələrinin qarşısını faktiki olaraq kəsməkdə ittiham edib.

Maraqlıdır ki, bu məktub Gürcüstanın yeni Baş naziri Corc Qaxarianın Azərbaycana vacib dövlət səfəri ərəfəsində dərc edilib. C.Qaxaria özünün birinci dövlətlərarası səfəri üçün məhz Azərbaycan seçib.

Məktubda gürcü patriarxı qeyd edir ki, 1938 və 1966-cı illər müqavilələrində, habelə Xalq Daxili İşlər Komissarlığı (NKVD) tərəfindən hazırlanan xəritədə Udabno və Çiçxituri monastırları Gürcüstan daxilində göstərilib.

O bildirib ki, bu gün Azərbaycan tərəfinin, hansı ki, 2019-cu ildən etibarən onları Çiçxituri və Udabno monastırlarından məhrum edib, iddiaları tamamilə anlaşılmazdır. Onun yazdığına görə, Azərbaycan həmin monastırların yaxınlığında hələlik qeyri-müəyyən bir yerdə sərhəd sektoru tikib və ziyarətçilərin, turistlərin və hətta din xadimlərinin bu ibadət yerlərinə gedən yolunu tamamilə kəsib: “Təbii ki, biz bununla barışmayacağıq”.

Gürcü patriarxı Azərbaycan tərəfini status-kvonu bərpa etməyə və dindarların, zəvvarların və turistlərin Udabno və Çiçxituri monastırlarına baş çəkmələrini yeniləməyə - “girişi qaytarmağa” çağırıb.

Xatırladaq ki, iyulun 14-də Gürcüstan vətəndaşları Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd naryadına qarşı insident törətmişdilər. Azərbaycan Xarici İşlər Nazirliyi, Şəmkir sərhəd qrupunun Keşikçi Qalasının xidməti postunda baş verən bu hadisə ilə əlaqədar Gürcüstanın Bakıdakı səfirindən izahat tələb etmişdi.(virtualaz.org)

Paylaş »
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Koronavirus İrandan Türkiyəyə sıçradı
››› Koronavirus təhlükəsi: Azərbaycan İranla sərhəddə gömrük məntəqəsini bağladı
››› İranda koronavirusdan ölənlərin sayı artıb
››› Dünya Səhiyyə Təşkilatından Azərbaycanla bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »