Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Moskva gözəli kralın hədiyyə etdiyi nişan üzüyünü satıb
kral

Oksana Voyevodina kral V Məhəmməd tərəfindən hədiyyə edilmiş nişan üzüyünü satıb.

Bizimyol.info xəbər verir ki, o, bu addımını “Müalicə üçün pul ödəməli oldum” sözləri ilə izah edib.

Xatırladaq ki, bir həftə əvvəl mediada qızın monarxdan aliment istədiyi barədə məlumat yayılıb. Bu gün “Miss Moskva 2015”in qalibi kralın verdiyi nişan üzüyünü satmalı olduğunu təsdiqləyib. Səbəb Oksananın hələ hamilə olduğu dövr üçün xəstəxanaya ödəməli olduğu pullardır.

“Satdığım qiyməti deməyəcəyəm, amma həqiqi dəyərdən üç qat azdır. Bu pulu İsveçrədəki tibbi xidmətləri ödəmək, hamiləlik müalicəsi üçün istifadə etdim. O zaman uşağımı itirmək təhlükəsi ilə üz-üzə qalmışdım”, - deyə Oksana media nümayəndələri ilə söhbətində dilə gətirib.

Mənbənin yaydığı məlumatda kralın üzüyü 248 min dollar aldığı bildirilib.

Qeyd edək ki, cütlüyün toyu 2018-ci ilin noyabrında baş tutub. Toydan sonra V Məhəmməd taxtdan imtina edib. Cütlüyün boşanması ilə bağlı məlumatlar bu il iyulun 17-də yayılıb. Bildirilib ki, kral həyat yoldaşı ilə iyulun 1-də rəsmən boşanıb.(oxu.az)

Paylaş »
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
››› Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: "Qorxmayın..." - Video
››› Türkiyə 1709 suriyalı hərbçini məhv edib - Video
››› İranda virusdan ölənləri gizlicə basdırırlar - Video
››› Türkiyə qapıları açır, ölkədəki qaçqınlar Avropaya köç edir - Foto
Son xəbərlər
Bütün xəbərlər »