Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Stüardessa peşəsi barədə 30 sirr – Səmada diş və saç tez uzanır, orqanizm tez kökəlir...
stuardessa

Yəqin bir çoxları bilmir ki, dünyanın ən yaxşı aviaşirkətlərində stüardessa olmaq Harvarda daxil olmaqdan çətindir. Bir yerə ən az 200 nəfər namizədliyini irəli sürür və onlardan yalnız bir faizi söhbətə dəvət edilir. Səmada yaşamaq, gündəlik uşuşlar barədə bilmək istəyirsinizsə yaxın oturun, Bizimyol.info stüardessaların həyatı barədə məlumatı təqdim edir.

Dünyanın müxtəlif şirkətlərində stüardessalar işə fərqli şəkildə başlayırlar. Bəziləri əvvəl ixtisaslaşmış kurslar keçir və şirkətə işə düzəlməyə çalışırlar. Başqaları aviaşirkətlə müqavilə bağlayıb aviaşirkətin hesabına kursdan keçir və həmin şirkətdə də işləməyə başlayır.

Eyni işə başlayan stüardessalar yaxın 3 il ərzindnə dekretə çıxmayacaqlarına dair müqaviləyə qol çəkirlər. Əmək haqqını uçuş saatlarına görə alırlar, uçduğu şəhərdən asılı olaraq əlavə gəlir əldə edirlər. Məsələn Bakı- Moskva reysi ilə Moskva- London” reysinin ödənişləri fərqlidir. Həmişə yüksək ödənişli reyslərə eyni stüardessaları salmırlar. Tez- yez yerdəyimə edilir.

Stüardessalar hər ay demək olar ki 90 saat səmada olurlar. Müxtəlif şirkətlərdə onların iş saatı müxtəlif cür hesablanır. Bəzi şirkətlər təyyarənin mühərrikləri işə düşdüyü andan hesablayır, bəziləri təyyarənin uçuş zolağındakı hərəkət anından.

Aviaşirkətlərdə səni istənilən vaxt işə çağıra bilərlər. Məsələn bayram və ya istirahət günləri. Amma sonrakı günlərdə bunun əvəzini istirahət verməklə çıxırlar. Bir çox aviaşirkətlərdə sütardessalar sərnişinləri kabluklu ayaqqabılarla qarşıalyıb yola salmağa borcludurlar. Uçuş müddətində isə onlar rahat ayaqqabılarla gəzirlər . Bu təhlükəsizliyi təmin etmək üçündür.

Stüardessalara təyyarədə yemək verilsə də özləri ilə yemək götürə bilərlər. Başqa şəhərlərə uçuş zamanı onlaraın otelda qalmaq və digər xərcləri ödənilir. Ay ərzində yaxşı qazanc əldə etmək olur.

İldə iki dəfə tibbi müayindən keçmək lazım gəlir.Mütləq şəkildə oftalmoloq, stomotoloq, dermatoloq, rentgen müayinələri, qan analizləri (VİÇ, tif, sifilis, Hepatit) vermək lazım gəlir. Xroniki xəstəliyi olanlar və nə vaxtsa cərrahi əməliyyatlara məruz qalanları bu işə götürmürlər.Həmçinin peyvəndləri də vaxtında almadan olmaz.

Stüardessa

Əsas olan boy deyil, təyyarədəki yüksəkdə yerləşən hücrə və şkaflara əl çatdırmaqldır. Bədən indeksi boy və çəkiyə görə düz olmalıdır. Nə kök, nə arıq olmaz.

Uçuş zamanı ürəkbulanmaların qarşısını almaq üçün hələ təlimdəykən onlar oturduqalrı stolda bir dəqiqə önə, bir dəqiqə arxaya doğru fırlanırlar. Bu yaxşı kömək edir. Kişilər hərbi bilet olmadan stüard vəzifəsinə götürülümürlər.

Stüardessalar dişlərinə breket taxdıra, müxtəlif döymələr etdirə bilməzlər. Təbəssümləri gözəl olsun deyə dişləri ağartdırmaq məcburiyyətindədirlər. Üzdə çox diqqət çəkən xal və ya ləkə varsa bu da işə düzəlməyə mane ola bilər.Uçuş zamanı satıla bilən əlavə qidalara görə stüardessaya bonus verilir.

Əgər reys gecikərsə stüardessalara kompensasiya verilmir və o işləmiş sayılmır. İş zamanı telefondan istifadə qadağandır. Yalnız reyslər arası fasilə zamanı mobil telefonla danışmağa icazə verilir.

Bəzi aviaşirkətlər öz əməkdaşlarını pulsuz mənzillə təmin edirlər. Məsələn Emirates Airlines şirkətinin bütün əməkdşalrı Dubayda ideal şəraitlə təmin olunmuş evlərdə yaşayırlar. Onlar hətta öz qohumlarını 2 ay müddətində xidməti mənzillərində qonaq saxlaya bilərlər. Bu mənzillər idman zalı, fitnes, sauna, kimyəvi təmizləmə və sair xidmətləri olan böyük plazalarda yerləşir.

Yerdə olarkən stüardessalar yeniq qayda və sənədlərlə tanış olur, peşəkarlıqlarını artırırlar. Şəxsi həyata çox az zaman qalır. Stüardessalar pilotların komandalarını yerinə yetirimək üçün xüsusi saatlar taxırlar. Hər bir sütardessa uçuş zamanı xüsusi nömrə altında uçur. Məsələn 1L saylı sütardessa pilot və sərnişinlərlə işləyir, sənədlərə cavabdehdir, 1R yemək paylayır,3L dərman salfetka, yastıq paylayır, ekonom klassdakı sərnişinlərlə məşğul olur və s.

Fövqəladə hallarda stüardessa öncə özünü xilas etməli, daha sonra sərnişinlərə kömək əli uzatmalıdır. Bütün stüardessalar yaxşı üzməyi bacarırlar. İşə düzələrkən onlar 50 metr sərbəst üzdüklərini sübut etməlidirlər. Bu qəza anlarında suya eniş zamanı kömək edir.

Stüardessaların oturduğu kreslo sərnişin kreslosundan fərqlənir. Boyunu, çiyin və başı dik saxlayır, kəmərləri daha möhkəm olur. Təyyarədə işləyənlər daha çox radiasiyaya məruz qalırlar. Buna görə sağlam həyat tərzi keçirmək mühüm şərtdir. Uçuşlardan sonra C, E, A. P və B vitaminləri qəbul edirlər. Həmişə D vitamini içdiklri üçün oların saçı və dırnağı daha tez uzanır metobolizmi isə əksinə yavaşlayır. Ona görə hər il bir kilo çəki alırlar. Onların da öz jarqonları var. Stüardessaya məftil, şkafa yunit, sobaya şed deyirlər. Pilot bir barmaqla çay, iki barmaq göstərməklə kofe istədiyini bildirir.

Uçuş bitib sərnişinlər yola salındıqdan sonra brifinq keçirilir və uşuş zamanı yol verilmiş hadisələr qiymətləndirilir.

Stüardessalar öz ID kartları ilə yaxınlarına ucuz təyyarə bileti əldə edə bilirlər. Bu kart həm də stüardessaların qohumlarına xaricdə pulsuz otel və yemək təminatı verir. Stüardessalara 72 gün məzuniyyət verilir, vaxtından əvvəl pensiyaya çıxmaq imkanı var. Lakin demək olar ki, heç kim vaxtından əvvəl bu işdən getmir.

Stüardessalar xüsusi makiyaj edirlər. Havada dəri daha çox quruduğu üçün nəmləndiricilərdən istifadə mütləqdir. Pudra və tonallaşdırıcı kremlərə isə icazə yoxdur.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Əli Həsənov: “Yaratdığımız bu diskomforta görə üzr istəyirəm”
››› Baş nazirin müavinləri təqaüdə göndərildi
››› Bakıda keçirilən aksiyada fəallıq göstərən qadın polis məşhur idmançıdır -Foto
››› Sabah bəzi ərazilərdə qaz olmayacaq
››› Aşıq Əlidən Elnarəyə cavab: "Heç kim mənə “qələt edirsən” deyə bilməz" - Video
Son xəbərlər
Bütün xəbərlər »