Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyarə təcili eniş etdi - təhlükəli çantaya görə 3 nəfər saxlanıldı
İyunun 10-da axşam Sloveniyadan Böyük Britaniyaya uçan təyyarə Almaniyada təcili eniş edib. APA-nın “Alman dalğası” teleradiosuna istinadən verdiyi məlumata görə, “easyJet” aviaşirkətinə məxsus olan və Lyublyana – London marşrutu ilə uçan təyyarə göyərtədə 3 şübhəli şəxsin olması ilə əlaqədar Köln aeroportuna təcili eniş edib.

Sərnişinlər bu 3 kişinin terror aktları barədə danışdıqlarını eşidib. Eyni zamanda onların şübhəli çiyin çantası olub. Sərnişinlərin bu barədə məlumat verməsindən sonra təyyarənin kapitanı Köln aeroportuna təcili eniş barədə qərar verib. Təyyarə aeroportun təhlükəsizlik zonasına enib, sərnişinlər təyyarəni qəza pilləkəni ilə tərk ediblər. Təhlükəli çanta alman mütəxəssislər tərəfindən partladılıb, hazırda tərkibi öyrənilir. Şübhəli 3 şəxs saxlanılıb, ifadələri alınır.

Təyyarədə də partlayıcı maddənin olub-olmadığını müəyyənləşdirmək üçün axtarış aparılıb. Aeroportun iş rejimi bir neçə saat pozulub.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »