Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın Suriya ilə bağlı gizli planı üzə çıxdı

Türkiyənin Suriyanın şimalındakı əməliyyat planları ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bizimyol.info xəbər verir ki, Ekspertlərin sözlərinə görə, ABŞ Ankaranın Suriyanın dərinliklərinə doğru bir neçə kilometr girməsinə razılıq verib. Analitiklər hesab edir ki, Ərdoğan adminstrasiyasının Fərat çayının şərq hissəsində əməliyyat həyata keçirməkdə israr etməsində bir gizli məqam da var. Türkiyə sərhədlərinin terror dəhlizindən təmizlənərək təhlükəsizlik bölgəsinin yaradılması məsələnin görünən tərəfidir. Digər əsas məqsəd isə Türkiyə sərhədindən 32 məsafədə yerləşən “M-4” quru yolunun ələ keçirilməsidir.

Türkiyə ordusu bu yolu ələ keçirərsə, ümumiyyətlə Suriyadakı bütün terrorçulara sarsıdıcı zərbə vurulacaq. Məsələ burasındadır ki, terrorçular üçün zirehli texnikaların, silah-sursatların böyük hissəsi həmin magistral vasitəsiylə göndərilir. Məlumata görə, ABŞ-ın PYD-YPG terrorçularına göndərdiyi silahlar da bu magistraldan daşınaraq qruplaşmaya çatdırılır. “M-4” yolu İraqdan gələn yollarla birləşdiyindən strateji önəmə sahibdir.(redaktor.az)

Suriya ilə bağlı plan

Son xəbərlər
Bütün xəbərlər »