Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir nazir vəzifəsindən azad olunacaq

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad oluna bilər.

Bizimyol.info xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb.

Sayt bildirir ki, Məmmədyarovun istefaya gedə biləcəyi ilə bağlı xəbərlər yeni deyil: "Təcrübəli diplomat olan E.Məmmədyarov təəssüf ki, illərdir XİN-i "hücum diplomatiyası”na kökləyə bilməyib. Son illər "dqr”ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda "dişsiz siyasətinin” nəticəsi hesab olunur. Azərbaycan iqtidarına Qərb dairələrindən ara-sıra artan hücumlarda da E.Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu olduğu deyilir”.

Xəbərdə qeyd olunur ki, məlumatlı mənbələr iddia edir ki, 2004-cü ildən nazir işləyən Məmmədyarov istirahət arzusundadır. Bu günlərdə erməni mənbələri də E.Məmmədyarovun istefa verə biləcəyini iddia ediblər.

Xəbərdə həmçinin ötən gün baş nazir vəzifəsindən azad olunan Novruz Məmmədovun Xarici işlər naziri təyin olunma ehtimalı da irəli sürülüb.

Qarabağ məsələsi ilə bağlı danışıqlarda ən məlumatlı adamlardan biri olan N.Məmmədovun nazir ola biləcəyi ehtimalı haqda indi düşünmək sensasiya sayıla bilməz. 72 yaşına baxmayaraq, N.Məmmədov iqtidar komandasında hələ də işləyə bilər. Onun BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin edilə biləcəyi də mümkün variantlardan biridir.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »