Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil kirayəsi şirkəti “Günay Sığorta”dan şikayətçidir

Vətəndaş Haldun Novruzzadə “Günay Sığorta” ASC-dən şikayətçidir.

Bizimyol.info xəbərinə görə, H.Novruzzadə iddia edib ki, onların şirkətinə aid nəqliyyat vasitəsini “Günay Sığorta”da tam sığortalanıb.

“Mənə məxsus “Rent A Car” avtomobil kirayəsi şirkəti fəaliyyət göstərir. Əvvəllər avtomobillərimizi “Günay Sığorta”da kasko etdirmişik. 20.06.2019-cu il tarixdə “Kia Sportage” markalı avtomobilimiz müştəridə qəzaya düşdü. Avtomobilimizin tam sığortası “Günay Sığorta”da Mİ0010/19 nömrəli şəhadətnamə ilə 20.000 manat dəyərində sığortalanıb. Qəzadan 2 ay sonra “Günay Sığorta” təmir haqqının 8000 manat dəyərində olduğunu açıqladı. Özümüz cibimizdən pul verib rəsmi yerdə dəyən zərəri qiymətləndirdik. Maşının təmiri üçün ən azı 13500-14.000 manat lazımdır. Daha sonra biz Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət etdik, onların təyin etdiyi ekspertlə “Günay Sığorta” razı olmadı və onların tələblərini yerinə yetirmədi. Hazırda işi məhkəməyə göndəririk”,-deyə H.Novruzzadə bildirib.

Hadisə ilə bağlı “Günay Sığorta” ASC-dən Bizimyol.info-ya bildirib ki, hadisə 20.06.2019-cu il tarixində baş verib: “Hadisə ilə bağlı sənədlər Cəmiyyətimizə 23.07.2019-cu il tarixində daxil olub. “Kia Sportage" markalı avtomobilə dəymiş zərər Cəmiyyətimiz tərəfindən 8000 manat məbləğində müəyyənləşdirilib. Müştəri qiymətdən narazı olduğundan Maliyyə Bazarlarına Nəzarət Palatasının məktubu əsasında zərərin müəyyənləşdirilməsi məqsədilə müstəqil ekspert təyin edilib. Lakin hər iki müstəqil ekspert dəymiş zərəri müəyyənləşdirməkdən imtina edib. 23.09.2019-cu il tarixində müştəri tərəfindən Cəmiyyətimizə müstəqil ekspert seçimi üçün yenidən ərizə yazılıb. Müstəqil ekspert tərəfindən verilmiş rəy Cəmiyyətimizə daxil olmayıb. Müstəqil ekspertin rəyindən sonra sığorta ödənişi ilə bağlı məsələyə baxılacaqdır”.

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Bizimyol.info-ya bildirib ki, bu məsələdə sığorta müqaviləsində servisin kim tərəfindən müəyyən olunması şərti göstərilməyib: “Ona görə də prosedur belədir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının müstəqil ekspertlərindən birini hər iki tərəfin razı olduğu şəxs seçilməlidir. Daha sonra tərəflər razılaşmasa məhkəmə yolu açıqdır. Məhkəmədə ekspertiza təyin ediləcək və oradakı məbləğ qəti olacaq”.

Ramid İbrahimov

Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »