Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfirlik Belçikaya gedən idmançılarımıza viza vermədi - Axundovdan açıqlama

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov “Araz” klubunun 4 futzalçısının yollana bilməməsinin səbəblərini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, qurum rəsmisi çətin vəziyyətdə qaldıqlarını bildirib.

Axundov Fransa səfirliyinə futzalçıların vizası üçün vaxtında müraciət edildiyini deyib: “Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Əgər vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 7 futzalçı ilə gəlmişik. Necə olacağını da bilmirik”.

Federasiya prezidenti viza verilməyən 4 komanda üzvünün iranlı olmasına görə bu problemlə üzləşmək ehtimalının olmadığının sözlərinə əlavə edib: “Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada keçirilən yarışlarda saysız-hesabsız iran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?”.

Axundov deyib ki, məsələ ilə bağlı UEFA-ya şikayət ediləcək: “Biz Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətlərimiz olacaq. AFFA-da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq”.

Qeyd edək ki, “Araz” futzal üzrə UEFA Çempionlar Liqasında çıxış etmək üçün Belçikaya yollanıb. (qafqazinfo)

Son xəbərlər
Bütün xəbərlər »